NƏRİMANOVDA POLİSLƏR MOLLANIN YANINA MƏSLƏHƏTƏ YIĞIŞDI… – GÖZLƏNİLMƏZ + FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Nərimanov rayon Polis Şöbəsinin əməkdaşları Voljskoye kənd məscidinin imam-xətibi Fərhad-Həzrət Kenjəliyevlə görüşərək regionun tanınmış din xadimindən bəzi məsləhətlər alıblar

Polislərlə mollanın bu dəfəki görüşünün əsas mövzusu “İntihar- ruhi-mənəvi xəstəlikdir” olub. Yığıncaqda imam F.Kenjəliyev qeyd edib ki, İslam hər kəsə, o cümlədən insanın özü-özünə qarşı hər cür zorakılığa qəti qadağa qoyur.

Din xadimi dinimizin insan həyatına verdiyi dəyərdən geniş danışıb.

İmam, həmçinin, asayiş keşikçilərinə öz vəzifə borclarını layiqincə yerinə yetirməyin xüsusi vacibliyini xatırladaraq vətəndaşlarla qarşılıqlı münasibətlərdə diqqətli olmağı tövsiyə edib, polisləri xüsusən sadə, yoxsul insanlara, onların ehtiyac və problemlərinə həssaslıqla yanaşmağa çağırıb.

Görüşün sonunda məscid imamı polislərə gündəlik xidmət və şəxsi həyatlarında uğurlar diləyib.

moderator.az

Related Articles

050-295-94-79
top