QƏRB UNUVERSİTETİNDƏ “BOMOJ”LAR DƏRS DEYİR? – SABİQ NAZİRDƏN İLHAM ƏLİYEVƏ AVROPA PİSLİYİi…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbəri olduğu Qərbi Kaspi Universiteti bir qrup müəllimin konkret şikayəti əsasında dərc olunmuş materiala görə Anaxeber.az saytının baş redaktoru Azər Talıbovu məhkəməyə verib, əl çəkmək bilmir və üstəlik, bu işi üzünə-gözünə bulaşdırmaqdadır.
Əvvəla, Qərbi Kaspi Universiteti rəhbərliyi hələ bir neçə ay əvvəl mətbuata çağırışında şər və böhtan xarakterli məlumatlar yayan müəllimlərin – Bağırov Şahin Xanoğlan oğlu və Həşimov Davud Soltan oğlu olduqlarını bəyan etmişdi.
Ali təhsil ocağıdır yoxsa xəngəlxana?
Rektorluq qeyd edirdi ki, universitetlə əməkdaşlıq etdikləri dövrdə həmin müəllimlər auditoriyaya içkili vəziyyətdə gəliblər, tələbələrlə qeyri-rəsmi əlaqə quraraq onlardan rüşvət alıblar.(http://modern.az/az/news/168323 )
Yəni, universitet rəhbərliyi etiraf edir ki, auditoriyaya rüşvətxor, sərxoş müəllimlər daxil olublar. Bunun ardınca medianı universitetin nüfuzuna xələl gətirməkdə ittiham edirlər.
Faktiki olaraq H.Bağırovun universiteti açıqlayır ki, içkili müəllimlər dərsə gəlirmiş. Əgər belədirsə, işə qəbul zamanı hara baxıblar?
İşin maraqlı tərəfi odur ki, hansı müəllim səhər tezdən spirtli içki qəbul edərək dərsə gəlirmiş? Axı səhər tezdən araq içmək “bomj”lara xas xüsusiyyətdir?!
Belə çıxır Qərbi Kaspi Universitetində içki düşkünü olan, əyyaşlıqla məşğul olan pedaqoqlar işləyir. Kəsəsi, H.Bağırov və rəhbəri olduğu ali məktəb həmin bəyanatla özünü biabır etməkdədir.
Bunun davamı olaraq təhsil müəssisəsi bildirir ki, mətbuat qarayaxma kampaniyası apardığı üçün qəbul planı aşağı düşüb. Qeyd edək ki, təkcə 2016/2017-ci tədris ili üçün Qərb Universitetində qəbul planı cəmi 25.05% dolub.
Amma yaxşı olar ki, rektorluq qəbul planının aşağı düşməsində müstəqil tənqidçi mətbuatı yox, özünü təqsirləndirsin. Axı dərsə içkili vəziyyətdə gələn müəllimin işlədiyi universitetdə hansı abituriyent təhsil almaq istəyər?
Məgər ora ali təhsil ocağıdır yoxsa xəngəlxana? Hərçənd, həmin müəllimlərə qarşı bu ittiham inandırıcı görünmür. Səhər 9-da dərs başlanır və müəllimlər evdən çıxanda 100 qram araq içib universitetə gəlirlərsə, vay o ali məktəbin halına…
Əslində, təəccüb doğurmur, Hüseynqulu Bağırov nazir işlədiyi dövrdə də ekologiya sahəsində belə anarxiya, özbaşınalıq, nizam-intizamsızlıq hökm sürürdü.

Hüseynqulu Bağırov İlham Əliyevi Avropada çətinə salır
Amma prezidentin gözündən düşdüyü üçün vəzifəsindən qovulan, Azərbaycan meşələrini satan, şəhərin yaşıllıqlarını məhv edən keçmiş nazir indi dövlət başçısı İlham Əliyevə ikinci pisliyi etməkdədir.
Bu pislik ondan ibarətdir ki, Qərb Universiteti ilə müqavilə əsasında əməkdaşlıq edən müəllimlərin açıqladıqları faktları ört-basdır etmək, təhsil ocağını təmizə çıxarmaq naminə mətbuatı, konkret olaraq Anaxeber.az-ın baş redaktoru Azər Talıbovu məhkəməyə verərək cərimələməklə prezidenti Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında çətin vəziyyətə salırlar.
İ.Əliyev çıxışlarında Azərbaycanda söz azadlığının, internet azadlığının yüksək olduğunu bəyan edir, beynəlxalq konfranslarda jurnalistlərin tənqidə görə təqib olunmadığını, məhkəməyə verilmədiyini, həbs edilmədiyini söyləyir.
Amma ayrı-ayrı məmurlar, icra başçıları, bəzi nazirlər, eləcə də H.Bağırov kimi universitet sahibi olanlar jurnalistləri məhkəmələrdə məhz yazıya görə cərimələdərək Azərbaycanın adını qeyri-azad mediası olan ölkələrin siyahılarına salırlar.
Eyni zamanda Avropa Məhkəməsi rəsmi Bakının qarşısında illik hesabatları qoyur, fikrə, yazıya görə nə qədər jurnalistin, mətbu orqanın sifarişlə məhkəmələrdə cəzalandırıldığını təqdim edir. Bu da Azərbaycan prezidentini pis vəziyyətə salmaqdır.
“Diffamsasiya haqqında” qanuna görə jurnalist fikrinə, rəyinə, tənqidlərinə görə cəzalandıərıla bilməz. Amma Anaxeber.az saytından əl çəkməyən Qərb universiteti rəhbərliyi müəllimlərin konkret şikayəti əsasında dərc edilən məqaləyə görə jurnalist A.Talıbovu cərimələməyə hazırlaşır.
Ölkənin adını Mozambiklə bir cərgəyə salan universitet…
İl ərzində bu məhkəmə işləri toplanır, Avropaya gedir, beynəlxalq təşkilatların siyahısına salınır, prezidentə media azadlığı ilə bağlı tənqidlər tuşlanır və nəticədə H.Bağırov kimilərin, Qərb universiteti rektorluğunun ucbatından Azərbaycanın adı Çad, Tanzaniya, Eritreya, Mozambik və s. geridəqalmış, mətbuat azadlığı olmayan ölkələrlə bir cərgədə çəkilir.
Dövlət başçısına qarşı bu təxribatı, “burnundan o yananı görməyən” siyasəti yürütməkdə məqsədləri nədir? Görəsən H.Bağırov və universitet rəhbərliyi müəllimlərin şikayətinə görə özlərini təmiz çıxarmaq üçün niyə bu yollara əl atırlar?
Müəllimlərə içki düşkünü deyirlər, saytı məhkəməyə verirlər, özlərini rüsvayçı günə salırlar, amma rektorluqda bir intellektualın ağlına gəlmir ki, bütün bunlar özlərinə və prezidentə pislik etməkdir, ölkənin adını xoşagəlməz siyahılarda hallandırmaqdır.
Bu məlumatların yayılması, ali məktəbin adının qalmaqalda hallanması, müəllimlərinin içkili halda dərsə gəldiyini özlərinin etiraf etməsindən sonra hansı valideyn övladının Qərbi Kaspi Universitetində təhsil almasına razılaşar? Heç aranızda siyasəti olan biri yoxdurmu?
Əgər ötən il qəbul planı 25 faiz dolubsa, bundan sonra 15 faiz dolanda Hüseynqulu Bağırov əllərini göyə qaldırıb şükür etməlidir. Lakin onu qınamaq lazım deyil, əvvəllər meşələri, indi azad mətbuatı repressiya etmək xasiyyəti irsidir, əmisi Mircəfər Bağırovdan keçib…
Biz də tənqdi yazılara görə mətbu orqanın məhkəməyə verilməsini qəbul edilməz sayırıq. Məqalədə adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Anaxeber.Az

Xalqxeber.az

Related Articles

050-295-94-79
top