“ASAN XİDMƏTİ”Nİ AŞAĞILAYAN DÖVLƏT MƏMURU KİMDİR? – AUDİO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bu günlərdə “Gündəm Xəbər”in redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, dalan-4, ev-3 ünvanda yaşayan Hüseynova Aytən Asif qızı tərəfindən şikayət ərizəsi daxil olub.

Xanım şikayətçi yazmış olduğu ərizəsində Bakı şəhərində fəaliyyət göstərən 10 saylı notariat kontorunun notariusu Hadiyev Mirbala Qabil oğlunun özbaşınalıq hərəkətlərindən gileylənir və o, onu qeyd edir ki, “Nənəmə aid vəsiyyətnamənin əsasının 10 saylı notariat kontorunun arxivində olub-olmaması ilə bağlı, mənə arxiv arayışının verilməsi üçün rəhbərliyə rəsmi qaydada müraciət etdim. O halda o, mənə “Sən kimsən ki, biz sənə rəsmi sənəd verək” deyə cavab verdi. Cavabında bildirdim ki, mən qanuni vərəsəyəm və belə bir arayışı almaq hüququm da var. Hətta mənə “Asan xidmət”dən “Vəsiyyətnamə hansı notariat kontorunda yazılıb təsdiq olunubsa, həmin notariat kontoruna da müraciət etməlisiniz” deyiblər. O halda Mirbaba Hadıyev yüksək tonla “Asan xidmət” nə vaxtdan təşkilat olub ki, sənə belə bir istiqamət verir” dedi. Cavabında ona axı, “Asan xidmət” ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında yaradılmış bir qurumdur, deyə cavab verdim. Hətta ona tanıdığım vəkil də, bu məsələ ilə bağlı 10 saylı notariat kontoruna müraciət etməyimi məsləhət görüb dedikdə, çox keçmədi ki, o, “Asan xidmət” nə vaxtdan təşkilat olub və sənə istiqamət verən vəkilin də savadı yoxdur” dedi. Belə olan halda Mirbaba Hadıyevə, bəs siz necə dövlət qurumusunuz ki, savadı olmayan 75 yaşlı nənəm Sonaxanım Əhməd qızına heç bir şahidin iştirakı olmadan vəsiyyətnaməyə qol çəkdirmisiniz dedikdə, o, qışqıra-qışqıra “Tez polis çağırın, qol çəkdirmişəm, əcəb etmişəm” deməklə, bir növ məni hədələməyə üstünlük verdi. Bütün bunlarla bağlı məndə səsyazısı var ki, bu da söylədiklərimi tam təsdiq edir.
Elə ki, yaşananlarla bağlı 1 saylı hüquq məsləhətxanasının vəkili ilə müqavilə bağladım və 10 saylı notariat kontoruna sorğu göndərilməsinə nail oldum, o halda Mirbaba Hadıyev mənə zəng vurub “Bu sorğu arxivə göndərilməlidir” dedi. Ondan həmin sorğunu arxivə yönəlmələrini xahiş etdikdə, “Biz bunu arxivə göndərməyəcəyik” deməklə, teztələsik telefonunu qapatdı. Bir sözlə, bu şəxs hər kəslə olduğu kimi mənimlə də yüksək tonla danışdı və ona nə qədər zəng etsəm də, bir daha telefonunu açmadı. Ona görə də “Asan xidmət”i saya salmayan, tanımadığı vəkili savadsızlıqda ittiham edən, sakinlərə qarşı heç bir etik danışıq və davranış qaydalarına əməl etməyən, daşıdığı vəzifəsindən sui-istifadə edən bu şəxsə qarşı ciddi tədbirlər görülməsini istərdim”.
Bəli, sadalanan belə bir ittihamlar Hüseynova Aytən Asif qızına məxsus olduğundan, hələlik bu yöndə nələrisə təsdiq etməyə çətinlik çəkirik. Ona görə də, qarşı tərəfin problemlərin varlığına münasibətini öyrənmək bizim üçün əhəmiyyət kəsb etdiyindən, belə bir yöndə addımımızı atdıq.
Qarşı tərəf: Məqalə dərc olunmazdan öncə 10 saylı notariat kontorunun notariusu Mirbala Hadiyevlə əlaqə saxladıqda o, ona qarşı səslənən ittihamarı rədd etdi və “Vəsiyyətnamə 1991-ci ildə verilib, həmin illərdə mən bu notariat kontorunun notariusu işləməmişəm. Həmin ildə vəsiyyətnamə təsdiq olunarkən hal şahidinin olması da tələb olunmurdu. Digər tərəfdən, barəmdə ittihamlar səsləndirən Aytən Hüseynova bir neçə gün bundan öncə iş otağıma daxil olduqdan sonra, məni saxtakar adlandırmaqdan da ehtiyat etmədi. Mən onu qadın olduğu üçün bağışladım, istəsəydim mənə qarşı işlətdiyi ifadəyə görə, ona qanunun tələbi əsasında cəza verdirərdim. Hal-hazırda onların mülk məsələsi üstündə məhkəmə çəkişmələri gedir. Bu haqda da nəsə deyə bilmərəm” dedi.
Hüseynova Aytən Asif qızının redaksiyamıza təqdim etdiyi -AUDİO səs yazızını da, çoxsaylı oxucularımıza təqdim edirik.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top