“AZƏRİQAZ” NEFTÇİLƏRİN QAZINI KƏSDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Azəriqaz” İstehsalat Birliyi neftçilərin binasındakı qazanxananın qazını kəsib.
Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib:
“Bu gün düz bir həftədir ki , Badamdar qəsəbəsində neftçilər üçün inşa edilmiş Ə.Nəzərov küçəsi 7 b də binanaya xidmət edən istilikxananın qazı, Azəriqaz əməkdaşları tərəfindən blomlanaraq bağlanmışdır. Nəzətinizə çatdırım ki, qazanxananı neftçilər öz vəsaiti hesabına inşa etdirmişdir və yalnız neftçilərin binasına xidmət etməsinə və istiliyə görə sakinlərin borcu olmasına baxmayaraq, qaz xətti bağlanmışdır. Xatırladım ki, evlərdəki hamamların isti suyu yalnız qazanxanadan gəlir. Bunu isə Əkbərin qoçuları, “Azəristilik”in “Azəriqaz”a olduğu borcu əsas gətirərək bağlayıblar. Axı, neftçilərin binasının öz qazanxanası var və bu qazanxananın borcu sakinlər tərəfindən ödənilib. İnanın ki, evlərdə körpə uşaqlar, qocalar və xəstələr var. Artıq bir həftədir ki, evlərdə heç kəs yuyuna bilmir”.

Related Articles

050-295-94-79
top