SƏFƏR MEHDİYEV BU DƏFƏ KİMLƏRİ YOLA SALACAQ?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təyinat aldığı ilk günlərdəncə əsas olaraq özünün şəxsi rəqibləri ilə haqq-hesab çürütmə yolunu tutan Səfər Mehdiyev növbəti islahatlara hazırlaşır. Bu barədə DİA.AZ-a DGK-dakı mənbələr xəbər verib.

Qeyd edək ki, Səfər Mehdiyevin həyata keçirdiyi kadr islahatlarına nəzərə saldıqda daha çox diqqətçəkəni o olur ki, DGK sədri əslində ona verilən təlimatlara ayaq uyudracaq siyasətə sadiq deyil. Məlumdur ki, “yuxarılar”ın Səfər Mehdiyevdən gözləntiləri çoxdur. Xüsusən də dəyişən siyasətə uyğun olaraq “dövlətimizin qapıları” adlanan gömrük sistemində də anoloji atmosferin yaradılması baxımından… Amma aydın oldu ki, Səfər Mehdiyev özünün də dediyi kimi daha çox “xəyanətkarlarla” mübarizə dəst-xəttini tutub. Bu əsnada hətta gömrükdə əsas söz sahibi olduğu şübhə doğurmayan FHN şefi Kəmaləddin Heydərovun yaxın qohumlarını belə işindən atmaqla DGK sədri bundan sonra tutacağı yolla bağlı da müəyyən təəssüratlar yaratmış oldu.

Danışan bilgili qaynağın iddialarına görə, yaxın günlərdə DGK-da yeni kadr ələməsi prosesinə start verilə bilər. Mənbənin söylədikləri:

“Kimlər işindən atılacaq, bunu onlar da yaxşı bilir. Yenə də ilk başdan götürülən istiqamət üzrə hər şey cərəyan edəcək. Yəni Səfər Mehdiyev hələ də qisas alır və onun maraqlarına hansısa nöqtədə problem yaradanlar çıxdaş olunacaq. Baxır kim Səfər Mehdiyevi zamanında necə qəzəbləndirib. Əgər aqressiyasını çox qazanan varsa, onunla bağlı hətta hüquqi addımlar da atılacaq. Necə ki, buna qədər də Səfər Mehdiyev bir neçə gömrük işçisini hüquq-mühafizə orqanlarının əlinə verib… Bundan sonra da elə olacaq. DGK sədri əslində islahatçı yox, qiqsasçı kimi görünməyində davam edəcək”.

Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Dia.az

Related Articles

050-295-94-79
top