VƏLİHƏD ŞAHZADƏ CAMAL QAŞIQÇINI ƏVVƏLCƏDƏN HƏDƏFƏ GÖTÜRÜBMÜŞ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qərb mediasında maraqlı detalların üstü açılıb
Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürülən ərəb jurnalist Camal Qaşıqçının qətl edilməsi rəsmi Ər-Riyad tərəfindən etiraf olundu

Lakin Qərb mediası Səudiyyə krallığının idarəçilərinin, xüsusilə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yaxasını buraxmaq niyyətində deyil.

ABŞ mətbuatında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın rəhbərliyi ilə qurulan sosial media qrupunun ölkə xaricində yaşayan müxalifətçilərin səsini batırmaq üçün “Tvitter” sosial şəbəkəsində kampaniyalar təşkil etdiyi və öldürülən jurnalist Camal Qaşıqçının həmin qrupun bir nömrəli hədəfi olduğu barədə xəbərlər çıxmağa başlayıb.

“The New York Times” (NYT) qəzetində “Səudiyyəlilərin imicmeykerləri: Bir troll ordusu və tvitterdəki köstəbək” adlı yazıda Ər-Riyada qarşı ittihamlar irəli sürülüb. Xəbərdə yüzlərlə şəxsdən ibarət həmin sosial media komandasına Məhəmməd ibn Salmanın müavinlərindən Səud əl Kahtaninin rəhbərlik etdiyi bildirilib. “NYT”-in məqaləsində də sosial qrupun izlədiyi insanların başında məhz jurnalist Camal Qaşıqçının olduğu qeyd qeyd edilib.

Bundan başqa yazıda sosial media qrupunun “Tvitter” vasitəsilə həyata keçirilən əməliyyatlara əvvəllər həmin sosial şəbəkə saytında çalışmış Əli əl Zebara adlı xüsusi ekspertin dəstək verdiyi irəli srülüb.

Həmin Əli əl Zebaranın savadına görə, “Tvitter”də qısa müddət içində mühəndis səviyyəsinə qalxdığı, bir çox hesabla əlaqədar şəxsi məlumatlara giriş haqqı qazandığı və bu yolla vəliəhdə düşmən kəsilən bir çox insanla bağlı məlumatları Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanlarına ötürdüyü iddia edilib.

ABŞ kəşfiyyatı hələ 2015-ci ildə Əli əl Zebara haqqında Twitter şirkətinə xəbər verdikdən sonra firma onu öncə məcburi məzuniyyətə göndərib, daha sonra isə haqqında təhqiqata başlayıb.

Əleyhinə konkret dəlil tapılmamasına rəğmən 2015-ci ilin dekabrında Əli Zebaranın işinə son verilib və o, öz ölkəsinə geri dönərək artıq rəsmən Səudiyyə Ərəbistanında, kəşfiyyat orqanında işləməyə başlayıb. “Tvitter” özü isə həmin vaxt Səudiyyə Ərəbistanın təbliğatı ilə məşğul olan bir çox saxta hesabı qapatmalı olub.(musavat)

Related Articles

050-295-94-79
top