TÜRKİYƏDƏ 1500 MANATA İŞLƏYƏCƏK ÇOBAN AXTARILIR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Türkiyədə ayda 5 min lirəyə (təxminən 1510 AZN) işləyəcək çoban tapılmır. AzEuroNews.com xəbər verir ki, “Bloomberg“də yayımlanan bir proqramın ötən gün mövzusu “Heyvandarlıqda işçi problemi” olub.

Türkiyəli fermerlərin çoxu bildirib ki, hazırda çoban tapa bilmirlər. Təklif etdikləri maaş isə, olduqca yaxşıdır.

Fermerlər qeyd ediblər ki, onlar çobanları tibbi siğorta, qalmağa yer və gündə üç dəfə yeməklə təmin edirlər. Bununla belə 5 min türk lirəsinə çobanlıq etməyə adam tapmırlar. 

Fermerlər vurğulayıb ki, indiki zamanda çobanlar da ofis işi istəyir, heyvan təzəyi ilə məşğul olmaq istəmirlər. 

Related Articles

050-295-94-79
top