GORANBOYUN İCRA BAŞÇISINDAN MODERATOR.AZ-IN TƏNQİDİ YAZISINA OPERATİV REAKSİYA – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bir neçə gün öncə “”Şöhrət” ordenli icra başçısının rayonundan Heydər Əliyevə qarşı hörmətsizlik” başlıqlı məqalə ilə Goranboydakı bulaq kompleksindəki baxımsızlıqdan, məmur biganəliyindən bəhs etmişdik.

Həmin məqalə ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz: http://www.moderator.az/news/243026.html

Üstündən 1 həftə keçməmiş rayon rəhbərliyi tənqiddən nəticə çıxararaq ərazini abadlaşdırıb və bulaq komleksindəki çatızmazlıqlar aradan qaldırılıb. Buna dü şükür etmək lazım. Heç olmasa biz yazıb, çəkib göstərəndən sonra əl-ayağa düşürlər.

Bizsə prezident İlham Əliyevin köməkçiləri kimi onun ictimai nəzarət çağırışına qoşularaq məmləkətin dörd bir yanındakı kəm-kəsirləri göstərməyə davam edəcəyik. Yazmaq bizdən, tədbir görmək onlardan…

Related Articles

050-295-94-79
top