ŞAMAXILI “AMPA” VƏ DİGƏR MƏCİDOVLARIN DÖNƏMİ BİTİR – MİLYONLARLA VAR-DÖVLƏTİN SAHİBLƏRİ RƏŞVİŞDƏ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 2
    Shares

Şamaxılı “Ampa” ləqəbli Əflatun Məcidovun fəaliyyəti və qohumlarının cinayətləri ilə bağlı Realliq.info – da dərc olunan yazıdan sonra redaksiyamıza müraciətlərin sayı çoxalıb. Özünü biznesmen adlandıran və saytımızda gedən yazılardan sonra təkzib verilməsini istəyən Əflatun Məcidov və onun qohumlarının digər qanunsuz əməllərinin araşdırılmasına ehtiyac yaranmışdı.
İlk öncə hər bir vətəndaşın mediada haqqında gedən yazıya münasibət bildirməsi normal qarşılanır və bizdə “AMPA” – nın mövqeyini dərc etdik. Lakin onun təkzib tələbi faktların birdə araşdırılmasını şərtə çevirdi.

Təkzib tələbini irəli sürən və bu mənada bizdən məhkəməyə şikayətçi olan Əflatun Məcidovun və qohumlarının fəaliyyəti araşdırılarkən bir daha təsdiq olundu ki, Realliq.info – da dərc olunan yazılar tam həqiqəti əks etdirir və AMPA- nın illlərlə gerçəkləşdirdiyi qanunsuz əməllər bunlarla bitmir.
İlk öncə qeyd edək ki, Məcidovlar Şamaxıda ən varlılar siyahısında yer tuturlar və bəlkədə birincidirlər. AMPA – nın bir qardaşı Rauf Məcidov yazılar dərc olunduqdan sonra Tərtər rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edildi. Şöbədən saytımıza verilən məlumatda bildirilirdi ki, Rauf Məcidovun fəaliyyəti Daxili İşlər nazirliyi tərəfindən yoxlanılıb və ciddi nöqsanlar olduğundan rəis tutduğu vəzifədən azad edilib. Rayon sakinləri də Məcidovun “vurulmasına” sevinən tərəf oldu (bu barədə növbəti yazıda). Qardaşların hüquq – mühafizə orqanlarında əsas himayədarının vəzifədən kənarlaşdırılması Məcidovlar üçün ağır itki hesab olunur. Çünki, AMPA və onun ətrafının qanunsuz əməllərinin dəfələrlə ört-basdır edilməsində keçmiş rəisin “xidmətləri” böyükdür.

Məcidov qardaşlarından Seyidəli Məcidov prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Lakin yüksək vəzifədən aşağılara düşən Seyidəli Məcidov hazırda Şirvan şəhər prokurorunun köməkçisi və Hərbi prokurorluqda istintaq qrupunda fəaliyyət göstərir. Realliq.info – da dərc olunan yazılardan sonra bizi susdurmaq üçün bir sıra qurumlara telefon açan S.Məcidovun keçmiş fəaliyyətindən narazı olanların da sayı çoxdur. Məhz bu baxımdan rayon və şəhərlərin birinə prokuror vəya yüksək vəzifəyə təyin olunmayan şəxsin illər sonra prokuror köməkçisi kimi vəzifəni daşıması məsləhət bilinib. Lakin biz, Seyidəli Məcidovun fəaliyyəti ilə bağlı araşdırmalarımızı davam etdiririk və yaxın günlərdə geniş yazı ilə faktları qdiqqətinizə çatdıracağıq.

Məcidovların digər qardaşı Ərşad Məcidov da hüquq – mühafizə orqanlarında çalışıb. Lakin indi Bakıda bizneslə məşğul olan bu şəxsin adı bina tikintisində hallanır. AMPA –nın digər qardaşı isə onunla oxşar həyat yaşayır. Ozlərini oğru aləminin nümayəndəsi sayan Məcidovun Rusiyada bıçaqlanması ilə bağlı sosial şəbəkədə məlumatlar dərc olunub.
Onun kimlər tərəfindən vurulması və hadisənin səbəblərini hazırda araşdırırıq. Bəzi mənbələr qeyd edir ki, Rusiyadan Şamaxıya toy məclisini təşkil etməyə gələn Lətif adlı şəxsin AMPA- nın tapşırığı ilə döyülməsi və təhqir olunmasından sonra həmin hadisə baş verib. Lətifi döyərək video çəkiliş edən şəxslərdən biri Sadiq adlı şəxs Məcidovların yaxın adamı hesab olunur. Hazırda Ampa- nın əsas adamı olan Sadiqin harda olması barədə məlumat yoxdur. Təkcə o məlumdur ki, həmin döyülmə hadisəsində Məcidovların bacısı uşaqları da iştirakçı olublar. Həmin videonu təqdim edəcəyik.

Əflatun Məcidovun təkzib tələbinə gəlincə biz araşdırmalarımızın nəticəsini təqdim etməklə onun istəyinə bir daha cavab verməli oluruq:
Apardığımız araşdırmalar göstərir ki, “AMPA” ləqəbli Əflatun Məcidovun bacısı uşaqları Samir və Nadir adlı şəxslər Şamaxıda sadə vətəndaşın evinə girərək onu güllələyiblər. Hazırda həbsdə olan qardaşların cinayət əməlləri araşdırılır. Məcidovların bacısı uşaqları Şamaxıda cinayət törətməkdə ad çıxarıblar. Bu şəxslərin adı tez-tez “razborkalarda” və digər xoşagəlməz hadisələrdə səslənirdi. Hətta Şamaxıda avtoşluq etməkdə ad çıxaran prokurorun bacısı uşaqlarına toxunmaq çətin idi. AMPA – nın qardaşı, Şamaxı Polis şöbəsində aparıcı müstəntiq işləyən Ramiz Məcidovun dəfələrlə onların cinayətin ört-basdır edilməsində əməyi olduğu bildirilir. Hazırda baş verən cinayət işinin də saxtalaşdırılması yönündə iş aparılır. Belə ki, Məcidovlar bacı uşaqlarını həbsdən xilas etmək üçün odlu silahla basqını və vətəndaşın yaralanması hadisəsini bıcaqlanma ilə əvəzləmək istəyirlər. Bu mənada cinayətin yüngülləşdirilməsinə çalışanlar şikayətçi tərəfi də susdurmağa müvəffəq olublar.

“Ampa” ləqəbli Əflatun Məcidovun da bacısı uşaqlarına himayədarlıq etməsi normal qarşılanır. Lakin cinayətkara himayədarlıq onu həyata keçirənlərlə işbirliyi kimi qiymətləndirilir və belə olan halda qanun hər iki tərəfə sərt üzünü göstərmək zorundadır.
39 və ya 40 yaşlı AMPA Şamaxıda milyonçu kimi tanınır. Bu əslində yaxşı haldır. Lakin suallar yaranır: 40 yaşlı şəxs necə və hansı yolla bu qədər var – dövlətin sahibi ola bilər?
AMPA – nın var dövlətinə gəlincə, bu şəxsin Şamaxıda böyük obyektlərin sahibi olduğu danılmaz faktdır. Şamaxı Avtovağzalı, Hötel, Şamaxı Şadlıq sarayı, Çuxuryurtda və Pirquluda böyük obyektlər, restoranlar, hektarlarla torpaq, Şamaxıda zavod və 160 – a yaxın “Şadman” yük maşınları, hazırda ən bahalı və mənzərəli yerdə tikilən hötel və restoranlar şəbəkəsi və digər bu kimi mülklərin “AMPA” ləqəbli Əflatun Məcidova məxsus olduğu bildirilir. Bu qədər var – dövlət sahibinin dövlətə hesabat verdmədiyi də aşkar görünür. Milyonların qazanılmasına baxmayaraq Əflatun Məcidovun vergi hesabatı çox maraq kəsb edir. Bu mənada Realliq.info olaraq Ampa – nın illik gəlirinin vergi hesabatı ilə bağlı Vergilər nazirliyinə rəsmi müraciət ünvanlamışıq. Ümid edək ki, 40 yaşında milyonların sahibi olan Ə.Məcidovun hər il qazandığı gəlirin hesabatı ödədiyi vergidə real əksini tapacaq.
Əflatun Məcidovun AMPA adına etiraz etməsi və bu adın biz tərəfindən ona qoyulduğunu iddia etməsi gülünc görünür. Sosial şəməkədə “oğru aləminin” əsas nümayəndəsi kimi cəmiyyətə təqdim olunan bu şəxsin Şamaxıda “Ampa” deyərək çağrılması danilmaz faktdır. Hətta Məcidov qardaşlarının və qohumlarının da Əflatunu “AMPA” deyərək çağırmasının şahidiyik.
Əflatun Məcidovun özünü biznesmen adlandırması və redaksiyamıza ünvanladığı məktubda pulu zəhməti ilə qazanmasını qeyd etməsi də bir sıra suallar ortaya çıxarır. Ampa unudur ki, o bir zamanlar Şamaxı icra başçısına qarşı üsyan qaldırıb və hətta sahibi olduğu “Şadman”lardan birini rayunun girəcəyindəki abidənin dağıdılmasına istifadə edib. Bununla kifayətlənməyərək insanların etirazının səbəkarına çevrilib. Özü “unutsada” Şamaxıda bu hadisəni unudanlara rast olmadıq.

Bacısı uşaqları və özünə məxsus bahalı maşınları ilə də diqqət mərkəzində olan AMPA – nın idarə etdiyi avtomobillərdə ancaq bir dövlət nömrə nişanına rast gəlmək olur. Şamaxı polisinin gözləri qarşısında baş verənlər isə görməzliklə yola verilir.
Şamaxılı “Ampa” və digər Məcidovların dönəmi bitir – Milyonlarla var-dövlətin sahibləri təşvişdə
Şamaxıda Dövlət Yol polisi rəisinin otağında vurulması hadisəsi də diqqət çəkir. Rayonda olarkən sadə vətəndaşlarla söhbət zamanı rəisin Əflatun Məcidov tərəfindən cəzalandırıldığı söylənildi. Lakin bu faktın nə qədər həqiqəti əks etdirdiyini söyləməkdə çətinlik çəkirik. Əsl həqiqət isə odur ki, Əflatun Məcidov Şamaxıda qanundankənar qaydaların tətbiqində əsas adam hesab olunur. Bu mənada çox zərərçəkənlərin başına gələnləri sadalamaq yetərlidir.
Araşdırmalarımız davam edir.

Realliq.info

Related Articles

050-295-94-79
top