İLHAMƏ QULİYEVANIN EVİNİ BOŞALTDILAR – BACISINDAN ŞOK AÇIQLAMA – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva gözlənilməz açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, “Bizimləsən” verilişinə zəng edən mərhumun bacısı İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbsi barədə danışıb. O bildirib ki, O.Nadirov İ.Quliyevanın evində olan bütün əşyaları satıb:

“İlhamə rəhmətə gedən günü Orxanı yanıma çəkdim və dedim ki, şəhərin mərkəzində olan evin birini və maşını sənə verək, geri çəkil. O razı olmadı və məhkəmələrə üz tutdu. Mən kiməm ki? İlhamənin vərəsəlik hüququ olan 6 nəfərdən biriyəm. İlhamənin sağlığında Orxan onunla bir evdə yaşamırdı. Orxan sadəcə, onun yanında efirlərdə görsənə bilərdi. Bunlar 2 ildir ki, məhkəmələri gəzirlər. Belə biabırçılıq olar? İndi İlhamənin evini talan eləyiblər. Nə zaman istəsəniz, gəlin çəkin. Evində olan bütün mebellər, royalı, saatı, qızılı, geyimləri və digər şeyləri hamısı yoxa çıxıb. İndi orda heç bir dənə başmaq belə tapmaq olmaz. Bütün bunlar öz-özünə yoxa çıxmayıb ki… Orada Orxan 2 il idi ki, yaşayırdı. Evin kommunal xərclərini isə biz ödəyirdik. Evə oğru girməyib ki? Yox. Mühafizəçisi olan binadır. Daha mənim adımı heç kim çəkməsin”.

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun mülkünün kimə qalacağı ilə bağlı müzakirələr gedirdi. Tərəflər məsələni araşdırmaq üçün məhkəməyə üz tutmuşdular. Məhkəmə xalq artistinin mülkünün bacıları, bacısı uşaqları arasında bölünməsi barəsində qərar çıxarıb.


Related Articles

050-295-94-79
top