TƏRTƏR REGİONAL TƏHSİL RƏİSİ 6 RAYONDA “MÜQAVİLƏ BAZARI” AÇIB – CİNAYƏT DOSYESİ…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 1
    Share

Təhsil Nazirliyi tərəfindən aparılan struktur dəyişiklikləri və regional idarələrin yaradılması bu sahədə islahatlara xidmət etməliydi

Bir şərtlə ki, struktur islahatları ilə paralel olaraq kadr reformaları da həyata keçirilsin. Əgər sistem dəyişərkən fiqurlar saxlanırsa, o zaman onlar köhnə idarəçiliyi davam etdirirlər.

Cahan.info xəbər verir ki, bu xüsusda Tərtər Regional Təhsil İdarəsinin yaradılması heç də bu zonada təhsilin inkişafına, neqativ halların aradan qalxmasına xidmət etmədi.

Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında Tərtər Regional Təhsil İdarəsi fəaliyyət göstərir. Altı rayon bu idarəyə tabedir. İdarənin rəisi olan Malik Vəliyev bu struktur dəyişikliyinə qədər Laçın təhsil şöbəsi müdiri olub.

Onun Laçın TŞ direktoru olarkən büdcəni talaması, rüşvətxorluğu, hətta icra hakiminin pulunu kuryerlik edərək “reket” redaktora çatdırması dillərdə dastandır.

Bu informasiyalar və reputasiya olduğu halda nazirlik onu Regional İdarə rəisi təyin edir. Niyəsinin səbəbi isə heç də “ala gözünə, qaşına aşiq olmaq” deyil. Sadəcə, təhsilin düşməni olan M.Vəliyevin Sumqayıtın ağası, icra başçısı Zakir Fərəcovla yaxınlığıdır.

Fərəcovun himayəsi altında olan Vəliyevin vəzifəsi böyüdülərək 6 bölgənin təhsilinə nəzarət edən idarənin rəisi postuna gətirilir.

Sirr deyil ki, Z.Fərəcov özü bir klandır və bir neçə rayona öz kadrlarını yerləşdirib. O baxımdan nazirlik M.Vəliyevin neqativ fəaliyyətinə göz yumaraq, Fərəcovun sözünü yerə salmır, onu idarə rəisi gətirirlər.

Bunun nəticəsidir ki, M.Vəliyev Tərtər RTİ rəisi vəzifəsində özbaşınalığın miqyasını genişləndirib. Əvvəl Laçında istədiklərini həyata keçirirdisə, indi meydan genişdi, 6 rayon təhsil şöbələri ona baxırlar.

Mətbuatda gdən yazılara görə, hər il dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti M.Vəliyev Laçın rayon maliyyə şöbəsi ilə əlbir olaraq müxtəlif adlar altında talan ediblər.

İnventarların satın alınmasına, yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına, təhsil sahəsini əhatə edən ümumi təmir işlərinə, dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC-lərin adına sənədləşdirərək mənimsəyiblər.

M. Vəliyev Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələrini Prezident yanında dövlət qulluğu məsələləri üzrə komisiyadan gizlədərək müsabiqəyə verməyib.

Müsabiqədə keçid balı toplaya bilməyən 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edib.

Cahan.info xəbər verir ki, Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarova Yasəmən Şahmar qızı onu ifşa etmişdi.

Prezidentə müraciətdə bildirirdi ki, Laçın rayon təhsil şöbəsində milyonlarla dövlət vəsaitinin mənimsənilməsi haqqında Dövlət Maliyyə Nəzarət Xidmətinə və adiyyati dövlət orqanlarına etdiyi müracətlərin nəticəsi olaraq Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi 01.03.2017 tarixdə LRTŞ-də 10 ilik maliyyə araşdırılmasına başladı və bu gündən sonra bütün həyatımız alt üst oldu.

Laçın rayon Təhsil Şöbəsində apardığı maliyyə yoxlamaları zamanı ciddi maliyyə pozuntularına yol verildiyi və Nəticədə dövlətin 10 milyon manatdan çox vəsaitinin mənimsənildiyi aşkarlandı. Bundan sonra ailəyə təzyiqlər olub.

Yeri gəlmişkən, “Gündəlik Bakı” qəzətinin baş redaktoru, uzun illər Milli Təhlükəsizlik Nazirliyinin himayəsi altında müxtəlif məmurları, sahibkarları, iş adamlarını şantaj edərək onların barələrində ifşaedici məlumatlar yayacağı ilə hədələyərək külli miqdarda pullarını almaqda ittiham olunan Habil Vəliyevin məhkəməsində də Malik Vəliyevin adı çəkilib.

H.Vəliyev “Gündəlik Bakı” qəzetində Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov haqda silsilə materiallar dərc etdikdən sonra ona zəng vurub. Barəsində yeni rüsvayedici məlumatları yayacağı ilə hədələyib və 40 min manat tələb edib.

İcra başçısı bu hədələrdən qorxaraq Laçın rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyevin vasitəsilə ona 15 min manat pul göndərmək məcburiyyətində qalıb.

Bir müddət əvvəl Ağdam rayonunun tanınmış pedaqoqu Tahir Əliyevdən Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova rüşvət istədiyi xəbəri vetenperverler.az saytında yayılmışdı.

Şikayətçinin sözlərinə görə, Ağdam rayon Təhsil Şöbəsınin müdiri Mətanət Misirxanova ilə görüşdükdə ona deyib ki: “Müəllim, bir illik müqavilə 2000-3000 manata başa gəlir. Yəni bu müqaviləni Regional İdarədə və Nazirlikdə təsdiq etdirmək üçün bu qədər pul lazım gəlir. Ancaq sənə hörmət edərək 1000 manat istəyirəm”. Göründüyü kimi, M.Vəliyev regional idarədə təsdiq üçün bazar açıb.

Related Articles

050-295-94-79
top