İT DAŞI BALALARI BİLİB AĞZINDA GƏZDİRİR – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Türkiyənin Kocaəli bölgəsində 3 il əvvəl itirdiyi balalarını əvəz etmək üçün ağzında daşlarla gəzən it diqqət çəkib. İti görən tələbələr onun ağzından həmin daşları alamağa cəhd etsə də buna nail ola bilməyiblər.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 il əvvəl baxılması üçün Kocaeli Üniversitetinin daxilindəki “Təbiət və Heyvan sevərlər” Klubu tərəfindən yaradılan baxım mərkəzinə aparılan “Şimşek” adlı küçə itinin ağzının fərqli yerlərində yaraların olduğu görülüb.
Bundan narahat olan mərkəzdəki heyvan baxıcıları yaranın səbəblərini araşdırıb. Məlum olub ki, balalarını itirən it ağzında hər gün daş daşıyır və yuvasında irili-xırdalı çox sayda daşlar var.

Related Articles

050-295-94-79
top