HACIQABULDA QOYUN OĞRUSU SAXLANILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Hacıqabulda qoyun oğrusu saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Unikal.org-a verilən məlumata görə, cari il oktyabrın 14-də Hacıqabul rayon sakini Rafail Rzayev RPŞ-yə ərizə ilə müraciət edərək bir gün əvvəl yaşadığı evin bağ sahəsindən 9 baş qoyunun oğurlandığı barədə məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini əvvəllər məhkum olunmuş 61 yaşlı Vidadi Qasımov saxlanılıb. Dindirilmə zamanı V.Qasımov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qoyunlar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Related Articles

050-295-94-79
top