BADAMDARDAKI SÜRÜŞƏN EVLƏRİN EVLƏRİN MƏSULİYYƏTİNİ KİM DAŞIYIR? – DEPUTAT AÇIQLADI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Xəbər verdiyimiz kimi, oktyabrın 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesində (Badamdarla 20-ci sahəni birləşdirən yol) sürüşmə baş verib.
Hadisə nəticəsində həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yamacda yerləşən 11 fərdi yaşayış evinin (villa) sahiblərinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumatda isə qeyd edilir ki, üst hissədəki evlərin divarlarında uçqunların davam edəcək.
Maraqlıdır ki, evlərin tikildiyi vaxt Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov olub. Həmin tikililər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov və A.Əsgərovun birgə sərəncamı və müqaviləsi ilə tikilmişdir.
Belə olan halda maraqlı sual ortaya çıxır. Bunun məsuliyyətini kim daşıyır?
Məsələ il bağlı millət vəkili Zahid Oruc Unikal.org-a açıqlamasında bildirib ki, məsuliyyyəti o dövrdə həmin ərazidə rəhbər olan şəxslər daşıyır:
“Burada hər şey məlumdur. Həmin illərdə kim rəhbər olubsa, onların məsuliyyətsizliyidir. Orada tikililərin olması üçün müvafiq sənədlər və sərəncamlar da var. Bir sözlə məsuliyyəti onlar daşıyır”.

Related Articles

050-295-94-79
top