İLHAMƏ QULİYEVANIN OĞLUNUN YENİ GİZLİ ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı və vərəsəsi olan Gülbahar Quliyeva Orxan Nadirov haqqında polisə şikayət edib.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, İlhamə Quliyevadan qalma miras mənzil G.Quliyeva tərəfindən qəbul etdikdən sonra müəyyən olunub ki, mənzilin əşyalarının böyük hissəsi Orxan Nadirov tərəfindən talanaraq satılıb.

Bundan başqa, o da müəyyən olunub ki, O.Nadirov İ.Quliyevaya məxsus BMW markalı avtomobili sürücüsü Vüsalın əlindən alaraq satıb.

G.Quliyeva O.Nadirov haqqında Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Qeyd edək ki, O.Nadirov oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında, 73 yaşında dünyasını dəyişib.

Related Articles

050-295-94-79
top