MƏDƏSİNİ KİÇİLTMƏK İSTƏYƏN AZƏRBAYCANLI KLİNİKADA ÖLDÜ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Yaxınları Samirin sağalması üçün 50 min manata yaxın pul xərcləyib

Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel  Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib.

İstiPress-in məlumatına görə, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.

“Virtualaz.org”un redaksiyasına müraciət edən Samirin anası Solmaz Dəmirova və yaxın qohumu Rəşad Muradov əməliyyatdan sonra baş verənləri danışıb.

Muradovun sözlərinə görə, Samir artıq çəkidən qurtulmaq üçün həkim Taryel Ömərova müraciət edib. Çünki Ömərov mədə kiçiltmə əməliyyatının  yeganə mütəxəssisi kimi internetdə və yerli telekanallarda reklam olunur. Samir də məhz buna görə həkimin əməliyyatın fəsadsız başa çatacağı vədlərinə inanıb. Əməliyyat bu ilin iyulun 26-da “Modern Hospital” klinikasında həyəta keçirilib.

Samir 160 kiloya yaxın çəkidə olub. Amma əməliyyatdan 1-2 gün əvvəl edilən müayinələrdə onda heç bir xəstəlik aşkarlanmayıb. Gözüyaşlı ana deyir ki, iki uşaq atası olan oğlunun ölümündən sonra istintaqa təqdim edilən analizlərin nəticəsindən ikinci dəfə şok yaşayıb. Yazılıb ki, Samir bir neçə xəstəlikdən, eləcə də şəkərdən əziyyət çəkirmiş.  “Klinikada 6 gün qaldı, sonra evə buraxıldı. Qarnında kəskin ağrı başladığından səhəri gün klinikaya getdi. Həkim dedi ki, ağrını köp verir, əməliyyatdan sonra köp yaranması təbiidir”, -şikayətçilər əlavə edirlər.

Ağrılar kəsmir, həkim bu dəfə əməliyyat zamanı tibbi alətlərdən  xəstənin mədəsində 3mm-lik deşik yarandığını deyir. Ağrı kəskinləşir, növbəti gün xəstənin mədəsinin əməliyat sonrası burulmasının  baş verdiyini söyləyirlər. Beləcə təxminən 2 həftə keçir və hər gün yeni bir bəhanə səsləndirilir.

Muradov hadisənin  davamını danışır: “Biz Samiri təcili Türkiyə və ya Rusiya aparmaq istəyirdik, amma Ömərov dedi ki, buna gərək yoxdur. Mədəyə stend qoymaq lazımdır, bunun üçün Türkiyəyə sifariş verilib. 4 gün  su belə içmədi”.

Related Articles

050-295-94-79
top