BAKI ŞƏHƏR MERİNİN SEÇKİLƏRİ KEÇİRİLƏCƏK – TƏYİNATIN GECİKMƏSİNİN SƏBƏBİ BƏLLİ OLDU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares
“Bakı şəhər merinin seçkiləri keçiriləcək. Hakimiyyətin belə bir niyyətinin olduğu artıq görünür”.
Bu barədə Mia.az-a açıqlama verən Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadə deyib ki, uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin olunmaması da Bakı şəhər merinin seçki ilə seçiləcəyini təsdiqləyən faktorlardan biridir.
“Çox güman ki, qanunverici baza hazırlayacaqlar. Azərbaycan Avropa Prlamentinə daxil olarkən şəhər merinin seçilməsi ilə bağlı üzərinə öhdəlik götürüb. İndi artıq bunu 2018-ci ildə gerçəkləşdirmək niyyətindədirlər. Ona görə də mer təyinatı olmur. Çox güman ki, bu seçkilər olacaq. Elə bu səbəbdən də merin də səlahiyyətlərinin xeyli hissəsi alındı. Tikintiyə icazə verilməsi həmin qurumdan alınaraq Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Nəqliyyatla bağlı məsələlər Bakı Şəhər İcra Hakmiyyətindən alınıb ayrıca bir səhmdar cəmiyyətə verildi. Bakı merinin səlahiyyətləri kifayət qədər kiçildildi, daha yeni qurumlara, strukturlara verildi ki, Bakı meri də səlahiyyətləri çox geniş olan təyinata sahib olmasın. Çünki seçkili orqanda onu çıxarmaq o qədər də sadə məsələ deyil. Cinayətdən və könüllü istefadan mer vəzifəsini tərk etmir. Mən hesab edirəm ki, bu tip məsələlərdə icra strukturlarının öncə görən və qarşısı alınan bəzi tədbirlər görünür”.

Related Articles

050-295-94-79
top