TRAMPDAN ŞOK SÖZLƏR: SƏUDİYYƏLİLƏRİ ÇOX AĞIR CƏZALANDIRACAĞAM

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Qaşıqçının yoxa çıxması ilə əlaqədar Səudiyyə Ərəbistanını təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, CBS-də yayımlanan “60 dəqiqə” proqramına qatılan Amerika lideri Qaşıqçının yoxa çıxmasında səudiyyəlilərin iştirakının sübut olunacağı halda, çox ağır cəzaların tətbiq olunacağını bildirib.

O, məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz ilə danışacağını söyləyib.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib. Onun konsulluqda öldürüldüyü və cəsədinin oradan çıxarıldığı iddia olunur.

Related Articles

050-295-94-79
top