GƏNCƏ HADİSƏLƏRİNƏ GÖRƏ AXTARILAN AZƏRBAYCANLI MOSKVADA SAXLANILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs Rusiya paytaxtı Moskvada saxlanılıb.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, adı açıqlanmayan 34 yaşlı şəxs İnterpol xətti ilə iyul ayından axtarışda olub.

“Oktyabrın 11-i səhər saatlarında Moskvanın “Arxitektor Vlasov” küçəsində bu ilin iyul ayından bəri Azərbaycan Cinayət Məcəlləsinin “Terrorizm”, “Qəsdən adam öldürməyə cəhd”, “Qanunsuz silah dövriyyəsi”, “Dövlət qulluqçusunun həyatına qəsd”, “Hakimiyyəti zorla ələ keçirməyə cəhd” və s. maddələri ilə axtarışda olan 34 yaşlı vətəndaş saxlanılıb. Onun iyul ayında Gəncədə baş verən hadisələrlə bağlılığı var”,- deyə məlumatda bildirilib.

Onun saxlanılması barədə Azərbaycan tərəfi də məlumatlandırılıb.

Azərbaycanın Baş prokuroru Zakir Qaralov Gəncə hadisələri ilə bağlı sonuncu açıqlamasında demişdi ki, indiyə kimi 77 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar müvafiq məhkəmələrin qərarları ilə həbs edilib, 11 nəfər haqqında axtarış elan edilib.

“Axtarışda olan 2 nəfər tutularaq ölkəyə gətirilib. Bəzi cinayətkarların yerləri müəyyən edilib, onların da ekstradisiyası ilə bağlı ciddi tədbirlər həyata keçirilir. Həmin terror aktının təşkilatçıları və təhrikçiləri istintaq tərəfindən tam müəyyən edilib”, – Z.Qaralov vurğulayıb.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top