SUMQAYIT ŞƏHƏR 1 NÖMRƏLİ DOĞUM EVİNDƏ DAHA BİR ÖLÜM – 53 YAŞLI QADININ ÜRƏYİ DAYANDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sumqayıt şəhərində doğum evində ölüm hadisəsi baş verib.

Hadisə gecə saatlarında 1 nömrəli doğum evində qeydə alınıb.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Ceyran Abdullayeva qarın boşluğunda kəskin ağrılarla bağlı Sumqayıt şəhər 1 nömrəli Doğum Evinə müracət edib. O, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, 53 yaşlı qadına əməliyyat zamanı verilən narkozun dərəcəsi yüksək olub. Bu səbəbdən onun ürəyi dayanıb. Xəstəxanadan isə bildirilib ki, C.Abdullayeva ginekoloji xəstə olub və xəstəxanaya gec müraciət edib. O, uşaqlığın düyünlü simptomlu fibranomiyası diaqnozu ilə əməliyyata alınıb. Bir gün sonra qadının vəziyyəti qəfildən pisləşib və o, kəskin ürək-damar çatışmazlığından dünyasını dəyişib.

Hazırda C.Abdullayevanın hansı səbəbdən dünyasını dəyişməsi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin verdiyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top