MƏKTƏBDƏ ZƏHƏRLƏNƏN ŞAGİRDLƏRİN VƏZİYYƏTİ NECƏDİR7

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda 76 saylı orta məktəbdə baş vermiş zəhərlənmə ilə bağlı 6 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Bu barədə açıqlamasında şöbənin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, şöbəyə gətirilən şagirdlər qazdan zəhərləniblər: “Hazırda xəstələrin vəziyyəti o qədər də ağır deyil. Müalicələr davam etdirilir”.

Xatırladaq ki, bu gün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə şagirdlər gözyaşardıcı qazdan zəhərləniblər.

Saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb. Nəticədə şagirdlər zəhərləniblər.

www.xalqxeber.az

Related Articles

050-295-94-79
top