FATİMEYİ-ZƏHRA MƏSCİDİNDƏKİ QULAQBATIRAN AZAN SƏSİNDƏN SƏLAHİYYƏT SAHİBLƏRİNƏ MÜRACİƏT

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qaradağ rayonu Sahil qəsəbəsinin bir qrup sakini Moderator.az-a müraciət edib.

Sakinlər qəsəbədəki məscidi idarə edənlərin davranışlarından narahatlıqlarını ifadə edirlər. Bildirilir ki, namaz vaxtlarında azan səsi normadan bir neçə dəfə artıq verildiyindən onların əsəbləri pozulmağa başlayıb.

Eyni zamanda o da vurğulanır ki, verilən azan səsindən əlavə də bəzi dualar qulaqbatıran səslərlə yayıldığından azyaşlı uşaqların və ağır xəstə yatan adamlar üçün bezdirici vəziyyət yaranıb. Sakinlər yaranmış duruma əncam çəkilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli Şeyxülislam Allahşükür paşazadənin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının məsələyə müdaxilə etmələrini xahiş edirlər.

Redaksiyadan: Biz də öz növbəmizdə hörmətli səlahiyyət sahiblərinə müraciət edərək sakinlərin şikayətinin yerindəcə araşdırılmasını və müvafiq tədbirlər görülməsini xahiş edirik. Ümid edirik ki, məsələ yubanmdan həllini tapacaq.

Related Articles

050-295-94-79
top