XIRDALANDA YOL ÇÖKÜB

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Xırdalan şəhərində yolun bir hissəsində çökmə hadisəsi baş verib.

Abşeron İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, şəhərin Qalubiyyə küçəsində yol çöküb:

“Hazırda Xırdalan şəhərində genişmiqyaslı kanalizasiya xətləri çəkilir. “Azərsu” ASC tərəfindən xətlər çəkildikdən sonra onların üstü örtülür və yol səthinin bərkidilməsi işləri həyata keçirilir. Bu zaman kanalizasiya xətlərinin çəkildiyi yolun bir hissəsində kiçik çökmə müşahidə olunub. Bu da yağan yağışdan sonra torpaq sahəsinin bərkiməsi, yəni oturması ilə əlaqədardır”.

Qeyd edilib ki, hazırda həmin ərazidə bərkidilmə və yaranmış kiçik çuxurun doldurulması işləri aparılır:

“Yəqin ki, təxminən bir saata işlər yekunlaşacaq”.

Related Articles

050-295-94-79
top