HƏBİB ÜZR İSTƏDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib.

“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, Həbib oktaqonu tərk edərək hücum çəkdiyi üçün peşman olduğunu deyib.

Hərəkətini özü də pislədiyini deyən idmançı bunlar əlavə edib:

“Niyə hamı bu haqda danışır, amma Konorun döyüşdən əvvəl söylədiklərini demirlər? O, mənim dinim, ölkəm, atam barədə danışdı, avtobusa hücum etdi, bəs buna nə deyərdiniz?”

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Bundan sonra Həbib oktaqondan kənara çıxaraq irlandiyalı azarkeşin söyüşünə cavab olaraq onu döyməyə cəhd edib.

Related Articles

050-295-94-79
top