TANINMIŞ TELEAPARICIYA QARŞI ŞOK İDDİA:”PALTAR ALIB PULUNU VERMİR”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares

Zaur Qənizadə adlı şəxs Yenilik.Az saytına müraciət edərək tanınmış teleaparıcı və model Arzu Həmzəyevanın ondan 1200 manat dəyərində paltar aldığını, lakin bu günədək pulunu ödəmədiyini bildirib. O deyib ki, “Həmin paltarlar Arzu xanıma aparıcı Könül Muxtarovanın vasitəsilə verilib. Mənim satıcılarımın da, Könül xanımın da, hətta Könül xanımın anası Arzu xanımın da xəbəri var. Ortada Könül xanım olduğuna görə ona çek yazılmamışdı, paltarlar aparılıb Mərdəkanda bağ evində ona verilib, seçdiyini seçib, seçmədiyini də qaytarıb. İndi də pulumu vermək fikri yoxdur. Könül xanım da mənə deyib ki, Zaur mən ala bilmirəm, ala bilirsənsə get öz pulunu al. Yəni ortada mən vasitəçi olmuşam, bilməmişəm, səhv eləmişəm.O modellərdən Arzu xanım həm özünə götürüb, həm də qızına. İndi 1200 manat da az pul deyil axı bu günki gündə. Öz uşağımın boğazından kəsib vermişəm ona, indi heç cür o pulu düzəldib yerinə qoya bilmirəm.”

Arzu Həmzəyeva məsələ ilə bağlı Yenilik.Az-a bildirdi ki, “Vallah o adam bilmirəm kimdir, mənə reklam etmək üçün paltar göndərib, mən də dedim ki, mən reklam etmirəm, o insanı tanımıram, mən o insanı görməmişəm, Könül gətirib, ondan sonra mənim atam rəhmətə gedib. Biz oturmuşuq həyətdə, heç mənim paltarlardan, heç bir şeydən xəbərim yoxdur. Evdə işləyən qadınlar getdilər qapıya, dedilər ki, bir dənə kişi keçəl, dedim o kimdir? Dedi deyir bəs Arzu xanım mənə pul borcludur.Dedim nə pulu?Bütün Azərbaycan bilir ki, o 1200 manat mənim üçün heç bir şeydir. O heç mənim ayaqqabımın pulu belə deyil. İndi mən oturmuşam həyətdə, dedim nə paltar? Könül də bizdə idi onda. Könül dedi ki, bəs onda gətirmişdim, ara belə oldu, deyə bilmədim, dedim nədir nə deyil? Dedi yeddi-səkkiz yüz pul eləyər də. Dedim eybi yoxdur, evdən verin pul, o paltarları da paylayın kiməsə. Bu çıxdı əlində 800 manat və paltarlar. Dedi nə? Mənə 1200 manat pul verilməlidir. Mən bu pulu istəmirəm. Evdə işləyən qadın qayıtdı gəldi ki, Arzu xanım bəs belə deyir. Dedim bilirsən necədir? Kimdir ki, o? Dedim məni tanıyır o? Dedi yox. Mən onu tanıyıram? Yox. Dükanını bilirəm? Yox. Danışmışam? Yox. Şəbnəm Qəhrəmanova da bizdə idi, durdu getdi. Dedi ki, mən onu polisə verəcəm, dedim getsin versin. Sonra qapıdan kiməsə zəng edib, evdə işləyənlər eşidiblər. Danışdığı adam soruşub ki, o adamı tanıyırsan, ona paltar vermisən, səndən paltar alıb? Deyib yox. Deyib bəs bu adamdan nə istəyirsən sən. O adam da deyib ki, bəs nə əsasla  ondan istəyirsən? Əgər o insan səni versə polisə sən günahkar çıxacaqsan. Mən sadəcə yas günü idi, dedim götürün verin. Könül də bizdə idi. Özü də Könül mənə təzəlikcə yazdı ki, belə-belə. Dedim bilirsən Könül necədir? Nə oyundur, nədir özünüz bilərsiz, o pul mənim üçün bir vur birdir. İndi bütün saytlar nə yazırsa həmin adam hamısına yazır. Məni bloka atıb ki, mən görməyim. Tolikə də yazmışdı. Millət məni tanıyır. İndi mən hamısını skrin edib şikayət edəcəm. 800 manatı tanımadan verən 400 manatı verə bilməz? Mən bütün günü tanıdım, tanımadım insanlara kömək edirəm, ürəyim istəyir bunu edirəm, Allaha and olsun, heç evimdəki itimin, pişiyimin yeməyi eləmir o pul. Onu şikayət edəcəm”.

Teleaparıcı Könül Muxtarova isə açıqlamasında bildirdi ki, “Mən bu mövzuya ümumiyyətlə qarışmıram. Mən heç bir fikir bildirə bilməyəcəm bu mövzu ilə bağlı. Nə paltar alan mən deyiləm, nə də paltar satan mən deyiləm. Ona görə də bu mövzuya mənim heç bir aidiyyatım yoxdur.” Əməkdaşımızın siz bu prosesdə iştirak etməmisiz?” sualına cavab olaraq aparıcı deyib ki, “Təbii ki, yox”

Daha sonra  şikayətçi Zaur Qənizadə bizə aparıcı Könül Muxtarova ilə Votsap yazışmasını göndərdi Həmin yazışmada K. Muxtarova arada vasitəçi olduğunu, məhz ona görə paltarların Arzu xanımın qapısına qədər aparıldığını etiraf edib, lakin məsələnin bu qədər uzanmasının onu da məyus etdiyini bildirib. K. Muxtarova bu yazışmaya da münasibət bildirirək dedi ki, əgər həmin şəxs yazışmaları da təqdim eidbsə deməli hər şey açıq-aşkar ortadadır, mən bundan sonra da susuram, mənim qarışacağım mövzu deyil. Vəssalam.”

Related Articles

050-295-94-79
top