BAKIDA RƏİS QƏFİL ÖLDÜ – FOTO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı-sərnişin stansiyasının rəisi Nizaməddin Cahangir oğlu Eminov 59 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, N.Eminov bir neçə gün əvvəl əməliyyat olunub və daha sonra qəfil vəfat edib.

Nizaməddin Eminov 17 aprel 1959-cu ildə Qazax rayonunda anadan olub. 1984-cü ildə Postov Dəmir Yolu İnstitutunun “Dəmir Yollarının istismarı” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 1976-cı ildə Bakı vaqon deposunda fəhlə kimi başlayıb və hərbi xidmətini başa vurandan sonra taleyini əbədi olaraq bu sahəyə bağlayıb.

 

Nizaməddin Eminov sonralar Bakı vaqon deposunda istehsalat ustası, Biləcəri stansiyasında post və stansiya növbətçisi, HİK sədri, stansiya rəisi, Sumqayıt stansiyasının rəisi, Şirvan-çeşidləmə stansiyasının rəisi və 2005-ci ildən bu günə kimi Bakı-sərnişin stansiyasının rəisi olub.

Related Articles

050-295-94-79
top