QÜDRƏT ŞÜKÜROV ÖLKƏDƏN QAÇDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Bakılifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad olunan Qüdrət Şükürov Azərbaycanı tərk edib.

Virtualaz.org-un yaydığı xəbərə görə, o İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa qatılmayıb. Buna səbəb isə onun hazırda Almaniyada olmasıdır.

Xəbərə görə, Q. Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar bu ölkəyə müalicə məqsədi ilə gedib.

 Sayt bildirib ki, BŞİH-nin başçısı vəzifəsini icra edən Eldar Əzizovun əmri ilə Q.Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb.

X. Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.

Related Articles

050-295-94-79
top