XANIMI MURTUZ ƏLƏSGƏROVUN YOXLUĞUNA ALIŞA BİLMİR (FOTO)

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
“Murtuz müəllim bir həyat yoldaşı və ata kimi çox yaxşı insan olub. Uşaqlarına çox yaxşı tərbiyə verib. Həmişə uşaqlarının vaxtında evə gəlməsinə çox ciddi fikir verirdi. İşi ağır olsa da, ailəyə, uşaqlara diqqətini əsirgəməyib”.
Bunu modern.az-a açıqlamasında Milli Məclisin mərhum spikeri Murtuz Əlsəgərovun xanımı Nabat Ələsgərova həyat yoldaşının 90 illik ömür yolundan danışarkən deyib.
Nabat Ələsgərovanın sözlərinə görə, övladları da Murtuz müəllim kimi çalışqandırlar:
“Murtuz müəllim həmişə gecə saat 12-yə qədər çalışırdı. O, hər bir işindən zövq alırdı. Uşaqları da onun kimi çalışqandır. Oğlumuz Fuad bəzən gecə saat 1-ə qədər çalışanda Murtuz müəllim deyirdi ki, “Fuad, gecdir, get yat”. Uşaqlarının hər addımına diqqət edən insan idi”.
Nabat Ələsgərova həyat yoldaşının yoxluğuna alışmağın çox çətin olduğunu da söyləyib:
“Murtuz müəllimin yoxluğuna alışmaq çox çətindir. Çünki o, çox diqqətli  həyat yoldaşı və qayğıkeş ata olub. Onu heç zaman unutmayacağıq”.
Bu il sentyabrın 20-də məşhur istimai-siyasi xadim, Milli Məclisin sabiq sədri, mərhum Murtuz Ələsgərovun anadan olmasının 90 illiyi tamam olub.

Related Articles

050-295-94-79
top