“NAMUSUMA SATAŞIB” – XOŞQƏDƏM ONU MƏHKƏMƏYƏ VERDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 5
    Shares

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı şairə Nazilə Səfərlini və “Show-news” İnstaqram səhifəsinin rəhbəri jurnalist İsa Şükürovu məhkəməyə verib.

BiG.AZ xəbər verir ki, bu gün Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni Axtarıram” verilişində məhkəmənin gedişatı haqqında məlumat verilib.

Xoşqədəm Hidayətqızının vəkili Tahir Əlirzayev bildirib ki, bütün sübutlar məhkəməyə təqdim edilib: “Məhkəmə oktyabrın 8-nə təxirə salınıb. Xəbəri yazan İsa günahkar olduğunu qəbul edir. Nazilənin atası birinci məhkəmədə iştirak etdi. Sonuncu məhkəməyə gəlmədi. Məndən xahiş edir ki, barışaq. Mən də dedim ki, barışığın qarşılığında nə təklif edirsən. Gedin üzr istəyin. Xoşqədəm xanım ürəyi yumşaq insandır”.

Xoşqədəm Hidayətqızı isə öz növbəsində Nazilə Səfərli ilə düşmən olmadıqlarını bildirib:

“Amma üzr istəməlidir. Mənim üçün bir düşmən var. O da ermənidir. Çünki torpaqlarımızı işğal edib. Qızlarımızı, gəlinlərimizi əsir edib. Nə qədər oğullarımız o torpaqlar uğrunda şəhid olub. Şərəfsiz ermənilərin atdığı güllə qardaşlarıma, əzizlərimə dəyib. Birinci İsa mənə üzrxahlıq etmişdi. Amma ailəm dedi ki, belə olmaz. Çünki burada şər-böhtan var, namusa sataşmaq var. Üzr məhkəmədə olacaq ki, gələcəkdə İsa da daxil olmaqla başqaları da böhtan yazmasınlar. Mən kiməm, mənim böyüklərim var”.

Related Articles

050-295-94-79
top