İQTİSAD UNİVERSİTETİNİN REKTORU ƏDALƏT MURADOVA 21 SUALLIQ SORĞU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Rektor Ədalət Muradovdan hələki cavab yoxdur…
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus dili kafedrasının sabiq müəllimi Zərifə Mansurovanın ərizəsi, eləcə də onun tərəfindən redaksiyaya təqdim edilmiş sənəd və digər maddi sübutlar əsasında jurnalist araşdırmasına başlanılmışdır. «KİV haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Resbulikası qanunlarının tələblərini nəzərə alaraq redaksiya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova 21 sualdan ibarət yazılı sorğu göndərmişdir. Rektordan T-31-2018-09.05№-li, 28.09.2018-ci il tarixli sorğunun qanunvericiliyin tələb etdiyi müddətdə cavablandırılması xahiş edilmişdir. Sorğuda elə suallar vardır ki, operativ cavab verilməsi tələb edilir. Lakin qarşı tərəfdən hələki reaksiya olmadığından, düşünürük ki, ola bilsin sorğu rektora hansısa səbəbdən çatdırılmayıb. Odur ki, aşağıda həmin sorğunu hörmətli rektor Ə.Muradovun diqqətinə çatdırırıq:
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova!
(İnformasiya sorğusu)
Hörmətli Ədalət müəllim!
T-31-2018-09.05№-li, 28.09.2018-ci il tarixli sorğunun qanunvericiliyin tələb etdiyi müddətdə cavablandırılmasını Sizdən xahiş edirik:
1.Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 18.09.2015-ci il tarixli EŞ-140 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar” hansı dövlət orqanları ilə razılaşdırılmış, təsdiqlənmişdir?
2. Şikayət ərizəsində qeyd edilir ki, Sizin və professor E.M.Sadıqovun elmi katibliyi ilə 2015-2016-cı tədris ili üçün 884, 2016-2017-ci tədris ili üçün isə əmr verilərək 775 müəllimdən ibarət siyahı təsdiq olunmuşdur. Universitetdə tətbiq olunan differensial əmək haqqı sistemində yer tutanların bir çoxu Bakı Biznes Universitetinin sertifikatını əldə edərək yüksək əmək haqqı almaq şansı əldə edib. Bakı Biznes Universitetinin verdiyi sertifikat yerli və ya xarici tanınmış təhsil-tədris ocaqlarının sertifikatından hansı mühüm üstünlüyə malikdir, Təhsil Nazirli?
3. ADİU-da tətbiq edilən differensial əmək haqqı sistemini 18 nəfərdən ibarət komissiya və ekspertiza üzvləri müəyyənləşdirir. Həmin üzvlərin siyahısının redaksiyaya təqdim olunmasını xahiş edirik.
4. Təlimat həmin komissiya üzvlərinin 100-yə düşməsinə icazə verirmi? Məsələn, şikayət məktubundan da məlum olur ki, komissiyanın üzvü və rektorun müşaviri Elşən Rəsul oğlu Bağırzadənin 2015-2016-cı tədris ilində differensial əmək haqqı sisteminə dair aylıq məvacibi 2 dəfə qaldırılıb. Eləcə də Cəfərov Nazim Kamil oğlunun 2015-2016 tədris ili üçün vəzifə maaşı 2 dəfə qaldırılıb.
5. Hazırda differensial artım üzrə siyahılar universitetin rəsmi saytından çıxarılmışdır. Bunun səbəbi nədir?
6. 2016-2017-ci il tarixli sayca 775 müəllimdən ibarət olan reytinq siyahısında 2.072 balı olan, cəmi iki materialı təsdiqlənən professor 772-ci yerə layiq görülüb, amma heç bir material təqdim etməyən siravi müəllim 16.514 bal toplayaraq 319-cu yerə qaldırılıb. Bu hansı əsasla edilib?
7. Redaksiyaya daxil olan digər bir məlumatda bildirilir ki, 2016-2017-ci tədris ilində ADİU-da 9 nəfərin bir, 4 nəfərin də bir olaraq, rüşvət üstündə ərizələrinin alınıb işdən çıxarılması baş vermişdir. Lakin sənədləşmədə onların öz ərizələri ilə işdən çıxarılması qeyd olunmuşdur. Yüksək maaş almış həmin 13 nəfər öz ərizəsi ilə niyə işdən çıxmışdır?
8. ADİU-da İqtisadi Araşdırmalar və Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərdiyi halda, 17 elmi araşdırma mərkəzi də fəaliyyət göstərir. Onlar bir-birini təkzib etmirmi?
9. ADİU-da “Beynəlxalq magistratura və doktorantura Mərkəzi” yaradılmışdır. Son 3 il ərzində mərkəzin fəaliyyətini əks etdirən hesabatın redaksiyaya təqdim edilməsini xahiş edirik.
10. ADİU-nun böyük Elmi Şurasının üzvləri kimlərdir, xahiş edirik bu siyahını redaksiyaya təqdim edəsiniz.
11. Prezident İlham Əliyevin 5 mart 2014-cü il tarixli sərəncamı ilə ADİU-ya rektor təyin edilən zaman sənədlərinizə professor olmağınız barədə məlumat daxil edilmişdir. Lakin Prezident yanında AAK-ın rəsmi məlumatında qeyd edilir ki, Siz 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə etsəniz də, doktorluq diplomunuz 26.12.2014-cü ildə AAK-da tanınmış, bundan təxminən bir ay əvvəl- 21.11.2014-cü ildə isə Sizə professor diplomu verilmişdir. Bu texniki anlaşılmazlıq idi, yoxsa hüquqi pozuntu?
12. Prezident yanında AAK-da Sizə əvvəlcə professor diplomu verilmişdir, bundan bir ay sonra isə doktorluq diplomunuz tanınmışdır. Bunun qanunsuz olması barədə məlumatınız var idimi və var idisə, Siz buna hansı əsasla və niyə razı olmuşdunuz?
13. Siz 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-da İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmusunuz. Lakin Sizə professor diplomu yalnız AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı ilə verilmişdir. Siz professor olmaya-olmaya bu vəzifəyə necə seçilmişdiniz?
14. Siz professor elmi adı alarkən Təlimata uyğun olaraq AAK-a hansı monoqrafiya və elmi məqalələrinizi təqdim etmişdiniz?
15. Rektor olduğunuz müddətdə professor olaraq hansısa auditoriyada 80 dəqiqəlik mühazirə oxumusunuzmu?
16. Siz ADİU-ya rektor təyin edilən zaman 4500 tələbənin kəsiri qalmışdır. Onlardan neçəsi universitetdən qovulmuşdur?
17. Siz rektor təyin ediləndən sonra fəlsəfə üzrə doktor və dosentlərin fəxri professor olmalarını qadağan etmisiniz. Redaksiyaya daxil olan məlumata görə, rektorluq müddətində Elmi Şuranın xəbəri olmadan bir çoxlarına Fəxri professor adı vermisiniz. Onlar kimlərdir?
18. Siz ADİU-ya rektor təyin ediləndən bəri neçə kafedra və dekanlıqda kollektivlə görüşünüz olmuşdur?
19. ADİU-nun pedoqoji-müəllim kollektivinin məişət şəraitinin yaxşılaşdırılması üçün indiyədək neçə yaşayış binası tikilib istifadəyə verilmişdir?
20. Son 4 ildə universitetin hansı korpusunda əsaslı təmir işləri aparılmışdır və təmirə nə qədər vəsait sərf edilmişdir?
21. 100 nəfərə differensial əmək haqqı sistemi ilə məvacib verilir, bəs qalan təxminən 700 müəllimin əmək haqqının daxili imkanlar hesabına artırılması olmuşdurmu?
“Təzadlar”

Xalqxeber.az

Related Articles

050-295-94-79
top