HEPATİTDƏN ƏZİYYƏT ÇƏKƏN FƏDAYƏ LAÇIN EV DUSTALIĞINA BURAXILA BİLƏRMİ?

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının səhhətində problemlər var. O, hepatit xəstəliyində əziyyət çəkir. Fədayə Laçının ağır xəstəliyi nəzərə alına və o ev dustaqlığına buraxıla bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən vəkil Türkel Süleymanlı bildirib ki, Fədayə xanımın xəstəliyi müalicə olunan deyil:

“Elə xəstəlik var ki, 1-2 ay müalicə kursu ilə keçir, amma hepatit xəstəliyinin müalicəsi uzun çəkir. Hazırda Fədayə xanımın səhhətindəki problemlər ona çox əziyyət verir. Ailəsi və mən mütəmadi olaraq onunla görüşürük. Fədayə xanımın yekun məhkəməsində ağır xəstəliyinin nəzərə alınmasını və onun ev dustaqlığına buraxılmasını tələb edəcəyik”.

Related Articles

050-295-94-79
top