BU QƏSƏBƏYƏ KÖÇƏNƏ 2300 AVRO VERİLƏCƏK — VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qəsəbənin yeni sakinlərinə vergi güzəştləri də ediləcək

İtaliyanın Kandela qəsəbəsinə daimi olaraq köçənlərə 2300 avro pul veriləcək.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kandela İtaliyanın cənubunda yerləşir. Orta dövr qəsəbəsi olan Kandella bölgənin tipik memarlıq xüsusiyyətlərini daşıyır. Çətin coğrafiyaya malik olan Kanella qəsəbəsində evlərin çoxu daşdandır. Buna baxmayaraq qəsəbəyə turizm baxımından çox da əhəmiyyət verilmir.

İş imkanlarının azalması, gənclərin başqa şəhərlərə köçməsi Kandellanın əhalisini azaldıb. 1990-cı illərdə 8000 əhalisi olan Kandellada indi 3000 nəfər yaşayır.

Əhalinin azalması yerli idarəçiləri narahat etdiyi üçün belə bir layihə irəli sürülüb. Foggia bölgəsində yer alan Kandella bələdiyyə sədrinin sözlərinə görə, qəsəbəyə daimi köçənlərə 2300 avro veriləcək. Ancaq bu layihədən yararlana bilmək üçün bəzi meyarlar var. Belə ki, Kandellaya köçmək istəyənlər burada ev kirayələməli və nizamlı bir işə sahib olmalıdır.

Bununla yanaşı qəsəbənin yeni sakinlərinə vergi güzəştləri də ediləcək.

Related Articles

050-295-94-79
top