ELGÜN MƏMMƏDOVUN NƏSİMİDƏKİ İŞIQ KƏSƏN QOÇULARI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Mingəçevir İES-də baş verən qəza cənab Prezident İlham Əliyevin dediyi kimi ölkəni qaranlığa qərq etdi. Ancaq bəzi işbazlar, məmurlar bu qaranlıqdan öz cibləri üçün istifadə etdilər.
Belə ki, qəzanın nəticəsində xeyli sayda ticarət və ictimai-iaşə obyektlərində, çörək sexlərində və s müxtəlif qəzalar, hətta yanğın baş verdi. Yəni bu hadisələrin baş verməsinin səbəbkarı obyekt sahibləri deyildi, konkret olaraq Azenerjinin rəhbəri Etibar Pirverdiyev kimi məsuliyyıtsiz məmurlar idi. Ki cənab Prezident onu da vəzifəsindən qovdu.
Bəs belə olan halda bəzi rayonların işıq idarələri, o cümlədən Nəsimi Rayon Enerji Təchizatı və Satış İdarəsinin nəzarətşiləri niyə baş verən fəsadlara görə obyekt sahiblərindən xeyli miqdarda pul yığmağa başladılar. Axı bir daha deyirik ki, bu məsələ ölkə səviyyəsində baş vermişdi, yəni obyekt sahiblərindən asılı məsələ deyildi. Bəs onda dəyən ziyanı niyə obyekt sahibləro ödəməli idi?

Bu suallara Nəsimi RETSİ əməkdaşı Elgün Məmmədov cavab vermək istəmədi. Bu cavan oğlan tez-tez mən keçmiş icra başçısının oğluyam deyib suallardan yayındı.

Bu məsələdə ziyan çəkənlərdən biri də iş adamı Südef Məcidov ( 050- 309- 00- 54 ) NUH.az-ın müxbirinə bildirib ki, həmin məlum hadisədən sonra mənim çörək seximdə də lokla yanğın baş verdi, sayğac yandı və 1 gün işıq olmadğı üçün obyektim fəaliyyətsiz dayandı. Və mən buna görə xeyli ziyana düşdüm. Ziyan bir kənara qalsın, Nəsimi RETSİ-nin 4 nəfər əməkdaşı başda Elgün Məmmədov olmaqla mənim obyektimə gələrək hədə-qorxu gəldilər və guya qəza mənim günahımdan baş verib. Elgün mənə bildirdi ki, məni rəsim göndərib ki, get akt tərtib elə və ver məhkəməyə. Mən ona bildirdim ki, axı qəza mənim səbəbimdən baş verməyib və mən xeyli ziyana düşmüşəm. Sonradan o öz iş yerinə gedərək qayıdıb gəldi və təklif etdi ki, mən akt tərtib etmirəm, cərimə-filan yazmıram, rəis deyib ki, 1500 manat pul al. Mən məbləğin çox olduğunu ona bildirdim. Onda o mənim yanımda rəisi ilə telefonla danışdı və 1200 manata razı oldular. Sonra Elgün Məmmədov çıxıb getdi axşam gələrək pulu alandan sonra sayğacın və digər lazım olan avadanlıqlar üçün əlavə 300 manat alandan sonra mənim obyektimə elektrik enerjisi verildi. Elgün açıq şəkildə mənə onu da dedi ki, bu məbləğin çoxu başqalarına çatır. Mən işimin xatirinə onunla razılaşmağa məcbur oldum, ancaq bu haqsızlığa görə Elgünlə mənim aramda mübahisə baş verdi və o mənə dedi bunun əvəzini çıxacam.

Həmin vaxtdan xeyli keçəndən sonra, yəni konkret olaraq 28 sentyabr tarixdə Elgün öz qoçuları ilə gəlib obyektimdəki işığı kəsdilər və obyekt fəaliyyətini dayandırdı, bizə xeyli miqdarda ziyan dəydi.

Axı, cənab Prezident İlham Əliyev bütün məmurlara deyir ki, iş adamlarına şərait yaradın, mane olmayın. Bunlar isə kömək əvəzinə qanunsuz olaraq bizim işimizə mane olurlar. Axı obyektin işığını da kəsməyin qanuni, hüquqi yolları var. Bunlar isə özlərini qoçu kimi aparırlar. Həm də görəsən Elgün Məmmədov keçmiş icra başçısının oğlu olduğunu niyə tez-tez obyekt saiblərini gözünə soxur, özündən çox razı halda iş adamlarını dövlətdən narazı salır.

Bizə maraqlıdır ki, görəsən Azərişıq rəhbərliyini, konkret olaraq Nəsimi RETSİ-nin rəhbərliyinin Elgünün və onun himayədarının bu əməllərindən xəbəri varmı?

Varsa, niyə tədbir görmürlər?

Növbəti yazıda Elgün Məmmədovun uzun müddətdir Nəsimi rayon ərazisindəki obyektlərə qoyduğu özünəməxsud qaydalar və “summa”lar barəsində geniş araşdırma yazısı dərc edəcəyik. Və rayon ərazisindəki iş adamlarının fikirlərini öyrənməyə çalışacağıq.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Teref.az

Xalqxeber.az

Related Articles

050-295-94-79
top