AZƏRBAYCANDA 7 İLİN GƏLİNİ QONŞU İLƏ EVDƏN QAÇDI: “OĞLUMU OTAĞA BURAXMIR” – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
İyun ayının 25-i ər evindən yoxa çıxan 26 yaşlı Əliyeva Aysel Tahir qızı axtarılır.
Unikal.org xəbər verir ki, iki uşaq anası olan Ayseli qayınanası tapmaq üçün “Səni axtarıram”a üz tutub.
Qaynana “Aysel 7 il idi evimdə gəlin idi. Bir-birini istəyib, ailə qurublar. Oğluma deyir ki, “Mən səninlə uyğunlaşa bilmirəm. Sən mənim istədiyim kişi deyilsən”. Bir ildir oğlumu otağa buraxmır. Girir içəri, qapını bağlayır. Nəvələrimi də mənə saatla göstərir” deyib.
Efirə çıxıb, nəvələrini tələb edən nənə, deyib ki, gəlini qonşuları ilə qaçıb: “Gecə saat 1 də evdən qonşu ilə birlikdə qaçıb. Sonra həmin oğlan bizə dedi ki, guya onun məsələyə dəxlisi yoxdur. Sadəcə qıza yerləşməyə kömək edib. Gecə 1-də sən haradan bilirdin ki, Aysel evdən qaçacaq?”
Məqsədi nəvələrinə qovuşmaq olduğunu deyən qayınananın şok iddiaları videoda:

Related Articles

050-295-94-79
top