KİŞİLƏR, DİQQƏT! QADINLAR BU HƏRƏKƏTLƏRİ SEVMİR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Kişilərin çox vərdişləri var: açar şıqqıldatmaq, barmaqlarını sındırmaq, üzlərini didişdirmək… Güclü cinsin nümayəndələri bilmirlər ki, hansı vərdiş qadını ondan uzaqlaşdırır.

AYDINLIQ.AZ axşam.az-a istinadən xanımları əsəbiləşdirən kişi vərdişlərini təqdim edir:

Burnunu eşələmək

Siz harada gəldi burnunuzu qurdalamağı xoşlayırsınız. Bu, vərdiş halını alıb. Heç kimdən çəkinmir, utanmır, bunu ayıb da saymırsınız. Amma bilmirsiniz ki, bu, sizi gülməli vəziyyətə salır. Siz əcaib görünürsünüz. Qadınlar belə kişilərin heç nəyə qadir olmadıqlarını düşünür, belələrindən yaxşı ailə başçısı çıxmayacaqlarını deyirlər.

Tüpürmək və islaq əlləri çırpmaq

Qəribə olsa da, bu hərəkəti gözəlliyi, səliqə-səhmanı və təmizliyi sevən kişilər edir. Amma qadınlar bunu sevmir. Zərif cinsin nümayəndələri harada gəldi tüpürən kişilərdən iyrənirlər. Belələri ilə görüşməyi heç bir qadın arzulamır.

Qaşınmaq

Qadınlar kişilərin bu vərdişinə nifrət edirlər. Xanımların fikrincə, belə kişilər təmizkar olmurlar. Harda gəldi qaşınan kişilərdən yaxşı həyat yoldaşı da olmaz.
Saçını tez-tez düzəltmək

Qadınların heç biri belə kişi ilə birlikdə olmağı arzulamır. Onlar bu tip kişiləri özünəgüvənməyən, hər şeydən şübhələnən, potensialına əmin olmayan hesab edirlər.

Qadın bədəninin açıq hissəsinə baxan

Burada iki variant var: ya o, islahedilməz romantikdir, ya da qadın nəvazişinə həsrətdir. Zərif cinsin nümayəndələri düşünür ki, bu cür kişilər daimi münasibət qurmaq üçün yaradılmayıblar. Onlar hər an xanımına xəyanət edə bilərlər.

Dırnaqlarını yeyən

Bu, nevrozun əlamətidir. Qadınlar fikirləşir: əsəbi kişi – qorxuludur, qısqancdır, gələcəkdə o, impotent ola bilər.

Pivə şüşəsi ilə dolaşan

Qadınların fikrincə, belə kişilər alfonsluğa meyillidirlər. Onlar özünə güvənmir, həmişə qorxu içində olurlar. Belə kişilərin yataqda uğurlu olacağına heç bir qadın inanmır.

Related Articles

050-295-94-79
top