ÇAYDA BATAN FİL BALASINI ANASI VƏ XALASI BELƏ XİLAS ETDİ – VİDEO — VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Sosial şəbəkələrdə maraqlı bir video çarx yayımlanıb.
Çayda batan fil balasını anası və xalaları xilas edib.

Hadisə Çinin Yunnan vilayətində baş verib. Fil sürüsü çayı keçəndə kiçik fil balasını su aparıb. Anası onun köməyinə çatıb. Sonra isə iki xalası da fil balasına kömək edib. Onlar uzun müddət fil balasına sudan çıxmağa kömək etməyə çalışıblar. Amma güclü axın onlara mane olub.

Bununla belə, dişi fillər yenidən cəhd ediblər və körpəni sahilə çıxara biliblər.

Alimlər bir müddət əvvəl bəyan etmişdilər ki, Asiya filləri stres və qorxu hisslərini bilirlər. Bu fillər arasında güclü sosial bağlar var. Məsələn, əgər qrup üzvü yaralıdırsa, digərləri ona kömək edərək ayağa qaldırırlar və getməyinə kömək edirlər.(ölkə)

 

Related Articles

050-295-94-79
top