AZƏRBAYCANDA BU MƏHSULLAR BAHALAŞDI (SİYAHI)

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 10
    Shares

Son 1 ayda ölkədə çay məhsullarının qiyməti bahalaşıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qiymət artımı məhsulların növlərinə görə 20 qəpik-1 manat arasında dəyişib.

S/s  Məhsulun adı  Əvvəlki qiyməti  Hazırkı qiyməti
1.  Azərçay 450 q.  7,60 AZN  8,40 AZN
2  Azərçay 100 q.  1,80 AZN  2,00 AZN
3.  Beta 100 q.  2,20 AZN  2,40 AZN
4.  Beta 225 q.  5,20 AZN  5,80 AZN
5.  Beta 450 q.  10 AZN  11 AZN
6.  Çempion 100 q.  2,20 AZN  2,40 AZN
7.  Çempion 225 q.  5,20 AZN  5,80 AZN
8.  Çempion 450 q.  10 AZN  11 AZN

A4 kağız satışı ilə məşğul olan firmalar da mağaza sahiblərinə qiymətin yaxın günlərdə 0,80-1 AZN arası bahalaşacağı barədə xəbərdarlıq ediblər.

Mağaza sahiblərinin sözlərinə görə, “Snickers” və “Bounty” şirniyyatlarının satışı isə dayandırılıb.

Qeyd edək ki, 1 həftə öncə Qida Təhlükəsizliyi Agentliyinin göstərişi ilə satış təsərrüfatı obyektlərində “Ozmo”, “Eti”, “Puf”, “Popkek limon”, “Popkek banan”, “Şölen”, “Tutku”, “Oqopoqo”, “Monte Lemo” şirniyyatları, “Banduel” qorox qida məhsullarının satışı qadağan edilmişdi.

Related Articles

050-295-94-79
top