SƏBUHİ MƏMMƏDLİ YARDIM İSTƏDİ: “MƏNƏ KÖMƏK EDİN, YAŞAMAQ İSTƏYİRƏM”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Tanınmış jurnalist Səbuhi Məmmədli müraciət yayıb. TİA.AZ xəbər verir ki, jurnalist səhhətindəki ciddi problemlərin həlli məqsədilə iki cərahiyyə əməliyyatı keçirmək üçün maddi dəstəyə ehtiyac duyduğunu bildirib. O, xeyirxah insanlara müraciətində deyib:
“Əziz dostlar, sevgili həmkarlar, məni tanıyanlar. Bildiyiniz kimi, Ukraynanın Poltava şəhərində şəkərli diabet və qaraciyər xəstəliyindən müalicə olunarkən qəfil infarkt keçirdim. Ölümün bir addımlığında həkimlər tərəfindən xilas edildim. Ürəyimə stent qoyuldu.

Amma həkimlərin dediyinə görə – aşağıdakı şəkildə aydın göstərilib- ürək damarlarımın biri 85, digəri 70 faiz tutulub. Təcili əməliyyata ehtiyac var. Mən oktyabrın sonunadək yenidən Poltavaya qayıdıb iki əməliyyat keçirməliyəm. Daha iki stent qoyulmalı, qaraciyərin müalicəsini davam etdirməliyəm.

Mənim həyatım da məhz bu əməliyyatlardan və müalicədən asılıdır. Amma maddi vəziyyətim bu əməliyyatları keçirməyə imkan vermir. Sizdən bircə xahişim var. Mənə kömək edin, yaşamaq istəyirəm və inanıram ki, bu sizin sayənizdə olacaq. Öncədən təşəkükr edirəm”.
Səbuhi Məmmədliyə kömək göstərmək istəyənlər aşağıdakı bank hesablarına müraciət edə bilərlər.
Milli ön aparatından

Kapital bank
hesab 4169 7413 0765 5785
Məmmədov Səbuhi Məhəmməd oğlu

Related Articles

050-295-94-79
top