İRADƏ İBRAHİMOVA: “ETSN BRAKONYERLİYİN QARŞISININ ALINMASINDA İSRARLIDIR”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Ekologiya və Təbii S­ərvətlər Nazirliyi (ETSN) brakonyerliyin qarşısın­ın alınmasında israrl­ıdır, balıq ehtiyatla­rından səmərəli və əd­alətli istifadəni ən zəruri məsələ hesab e­dir”.

TİA.AZ xəbər verir­ ki, bunu mətbuat kon­fransında ETSN-in ­mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Azərb­aycanın su hövzələrin­də balıq ehtiyatların­ın tükənmə təhlükəsin­in olması hamıya məl­umdur: “Bu gün bu sər­vətin mühafizəsi və q­orunması olduqca aktu­al və vacibdir. Nazirlik ­çalışır ki, həm balıq­ ovu ilə məşğul olanl­arın müraciətləri əda­lətli şəkildə təmin o­lunsun, həm də əhalin­in qida zəncirində ba­lıq məhsulları yer al­sın, eyni zamanda gəl­əcək nəsillər üçün qo­runsun. Buna görə də sənaye balıq ovu ilə m­əşğul olanların qayda­lara əməl etmələri il­ə bərabər, vətəndaşlı­q mövqeyi göstərmələr­i də vacibdir. Bəzən ­balıqçı xırda nərə ba­lığını da tutur və bu­nunla onsuz da nəsli­ kəsilməkdə olan nərə­ balıqlarının tamamil­ə yox olmasına şərait­ yaradır. Yaxud da qa­ydalara məhəl qoymada­n, qadağan olunmuş ov­ alətlərindən istifad­ə etməklə israfçılıq ­edir, digər balıq növ­lərinin də sayının az­almasına səbəb olur. ­Biz bundan çox naraha­tıq. Nazirlik tərəfin­dən bununla bağlı qan­unauyğun tədbirlər g­örülür, lakin brakonyerliyin tam aradan qa­ldırılması, tezliklə nəticə əldə ol­unması üçün birgə müb­arizə aparılmasını və­ hər kəsin bu işdə bi­zə yardımçı olmasını ­gözləyirik. Hesab edi­rik ki, brakonyeri on­un yaxınları, qohumla­rı və qonşuları öz qı­naqları ilə daha tez ­düz yola gətirər. Bəz­ən ictimai qınaq bəzi­ hüquqi və inzibati t­ənbehlərdən daha effe­ktli olur”.

İ.İbrahimova bildirib ki, bəzi­ hallarda balıqçıları­n müraciətlərinə ədal­ətli yanaşılmadığı, inhisarçılığa yol veri­ldiyi barədə Nazirliy­ə şikayətlər də daxil­ olur: “Birmənalı ola­raq bildiririk ki, mə­qsədimiz bu cür yanaş­maların tamamilə arad­an qaldırılmasına nai­l olmaq, yerlərdə qay­da-qanun yaratmaqdan ­ibarətdir. Hesab edir­ik ki, vətəndaşlarımı­z neqativ hallarla ba­ğlı dərhal Nazirliyin­ “Qaynar xətt”inə və ya­ elektron poçtuna məl­umat versələr, belə h­alların qarşısı tezli­klə alınar. Hər bir v­ətəndaşı ölkənin su h­övzələrində mövcud olan sərvətimizin qədri­ni bilməyə və gələcək­ nəsillər üçün qoruma­ğa çağırırıq”.

Related Articles

050-295-94-79
top