“ARIQLAMAQ ÜÇÜN UŞAĞININ BOĞAZINDAN KƏSİB HƏKİMƏ VERİRDİ” – APARICIDAN TÜNZALƏYƏ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 9
    Shares
Aparıcı Zamirə Dadaşova “Düz bazar” verilişinin qonağı olub.
Proqram ağır xəstəlikdən əziyyət çəkən və yaxınlarını itirən məşhurlara həsr olunub. Z.Dadaşova bildirib ki, bir qəzada 6 yaxınını itirib:
“Anam, bacım, qardaşım və üç uşaq bir qəzada öldü. Heç vaxt bu haqda danışmıram. Ailə üzvlərimdən bircə bacım qalıb. 46 yaşı var, xəstədi. Xərçəngdən əziyyət çəkir. Düzdür, ömrünün sonuna kimi sağalmır, gərək özünü qoruyasan.
Bizim Tünzalə Əliyeva, işləyirdi, qazanırdı. Hamı onu elə toppuş qəbul edib. Gedib neçə dəfə mədəsini kəsdirdi. Arıqlamaq üçün külli miqdarda pul tökdü, uşağının boğazından kəsib, həkimlərə tökdü. İndi xəstə oldu, yemək də yeyə bilmir.
2014-cü ildə övladımı da itirdim. Onda 100 kiloqram oldum. Mübarizə apardım, 2 övladım var. Onları kimə qoyub gedim. Gedib oramı, buramı kəsdirim. Heç olmasa bir dəfə et”.
///Axşam.az

Related Articles

050-295-94-79
top