YENİ ŞƏXSİYYƏT VƏSİQƏSİ ALANLARA KREDİT VERİLMƏYƏCƏK

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Məlum olduğu kimi artıq yeni nəsil şəxsiyyət vəsiqələrin əhaliyə verilməsi prosesinə start verilmişdir. Şəxsiyyət vəsiqəsini dəyişmək istəyənlərə artıq köhnə formatda olan şəxsiyyət vəsiqələri ilə bərabər biometrik şəxsiyyət vəsiqələridə təqdim olunur.

Lakin, qeyd olunan şəxsiyyət vəsiqələri bank sistemində müəyyən çətinliklər yaratmışdır. Belə ki, kreditləşmədə çox vacib hesab edilən müştərinin kredit tarixcəsini yoxlanılması prosesi (MKR) mümkünsüzləşib. Səbəb yeni formatda olan şəxsiyyət vəsiqələrində PİN kodların qısa olması ilə bağlıdır. Bu səbəbdən bəzi banklar biometrik şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştərilərin kreditləşməsini həyata keçirmirlər.

Məsələ ilə bağlı Azərbaycan Kredit Bürosuna Banker.az tərəfindən sorğu göndərilmişdir. Problemin nə vaxta aradan qaldırılmasına dair məlumat saytımızda yerləşdiriləcəkdir.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top