VÜQARDAN MEYXANAÇILARA SƏRT SÖZLƏR

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Meyxana sənəti yuxarı qaldırılıb. Bəzilərə isə bununla arxayınçılıq vermisiz. Bir neçə meyxanaçı var ki, dediyim vaxtda dediyim yerə gəlirlər. Heç soruşmurlar ki, neçəyədir? Dövlət tərəfdən meyxanaya əla dəstək var. Bəzi tədbirlərə çağrılanda məcbur aktyorları yanımda aparmışam. çünki məsuliyətsizdirlər, yatırlar”.

Bu sözləri meyxanaçı Vüqar Əbdulov “ATV şou” proqramında deyib. Qalmaqallı açıqlama verən sənətçi həmkarlarına səslənib.

O, hər kəsi meyxana sənətinə sahib çıxmağa çağırıb. Vüqar Pərviz Bülbüləyə də söz atıb:

“Bütün meyxanaçılara səslənirəm. Namiq Məna, adını “Bədiyyə” qoyub, ayrı partiya yaratma! Mehman Əhmədli “Əhmədli” məktəbi qurma. Ağa Mirzə, “böyüyəm” deyib kənara çəkilmə. Ayıbdır, meyxana sənəti məhv olacaq. Necə olur ki, Vüqar müğənnilərlə, bəstəkarlarla, aktyorlarla, ssenaristlərlə həmfikir olub iş görə bilir.
Sizin hər biriniz ayrı-ayrı toya, çadıra, xıymaya çəkilmisiz. Ortaya çıxacaq bir meyxanamız yoxdur. Biri Türkana (müğənni Türkan Vəlizadə) qoluşub, digəri “banda” yaradıb. Bunun axırı yoxdur.

Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir? Müəyyən bir adam tap onunla de. Ya da “meyxana” adını götür üstündən, özünü müğənni kimi təqdim et. o deyir filankəs varsa, gəlmirəm. Adını meyxanaçı qoyan insan… Nə qədər meyxanaçı çox olsa, xeyrimizədir. Bir dəfə də belə etdim, adım pis qaldı”.

Aparıcı Nanə Ağamalıyev meyxanaçıların verilişə gəlmədiyini deyib. O, Aydın Xırdalanlının da proqramdan yarımçıq getdiyini söyləyib.

Xalqxeber.az

Related Articles

050-295-94-79
top