“HELL” İÇKİSİ QAZAX RAYONUNDA ÖLÜMƏ SƏBƏB OLDU

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Qazax rayon Kosalar kənd sakini 35 yaşlı Hüseynov Məhəmməd Həsən oğlu “Hell” içkisindən zəhərlənərək dünyasını dəyişib.

Rayondan verilən məlumata görə, Məhəmməd Hüseynov “Hell” içkisi içdikdən sonra halı qəfl pisləşib. O, dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zəhərlənmə qanına keçdiyi üçün onu Gəncədəki xəstəxanaya göndəriblər. Xəstə yolda dünyasını dəyişib.

Bu məlumat “Hell” içkisi barədə ətraflı araşdırmanı zəruri edir. Məhz buna görə də yaxın günlərdə sözügedən içki ilə bağlı bilmədiklərinizi diqqətinizə çatdıracaq.

7GUN.az-a

Xalqxeber.az

Related Articles

050-295-94-79
top