AĞACLARIN ALTINDA MAŞIN SAXLAMAYIN! – XƏBƏRDARLIQ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsi güclü küləklə bağlı paytaxt sakinlərinə xəbərdarlıq edib.

İdarənin rəisi Orxan Məmmədov bildirib ki, sakinlər nəqliyyat vasitələrini mümkün qədər hündür ağacların altında park etməsin:

“Küləyin sürəti həddindən artıq yüksək olduğu üçün hər an ağaclar aşa bilər. Bakının torpağı münbit olmadığından sağlam ağacların da aşmaq ehtimalı var. Ona görə də, binaların, ağacların altından keçəndə, nəqliyyat vasitəsini park edən zaman diqqətli olsunlar”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də dünən güclü küləklə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.

Related Articles

050-295-94-79
top