““TOPPUŞ BACI” NİYƏ XƏRÇƏNGLƏ ÖZÜNÜREKLAM EDİR?” – BAŞ ONKOLOQ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

“Hamımızın “Toppuş bacı” kimi yaxşı tanıdığı Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir”.

Bu sözləri modern.az-a müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli deyib. O, xərçəngə yoluxan əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi ilə özünü reklam etdiyini bildirib:

“Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. “Toppuş bacı” nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxur.

Bir neçə il əvvəl aktrisa Kübra Əliyeva da xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicə götürdü, saçına qədər tökülürdü. İndi isə vəziyyəti yaxşıdır, sağalıb və müayinələrini davam etdirir. Tək adını çəkdiyim məşhurlar deyil, efir insanlarının çoxu bu durumdadır. Kübra Əliyeva səhhətinə laqeyd yanaşmır, həkim nə zaman dedisə, o zaman da qəbula gəlir, müalicə götürür, özünü reklam etmir”.

T. Əliyeva isə “Qafqazinfo”ya açıqlamasında A. Kərimlinin ittihamlarını qəbul etmədiyini söyləyib:

“Mən xəstəliyimlə bağlı heç kəsə müraciət etməmişəm. Milli Onikologiya Mərkəzində müalicəmi gözəl bir şəkildə alıram. İnşallah, bir –iki günə şüalanma prosesim bitir. Xərçənglə özümü reklam etmirəm. Hamı bilir ki, efirdə evimin ipotekasının ödənilməsi barədə danışmışam. Bu qədər, qarşı tərəfin fikirlərinə hörmətlə yanaşıram”.

 

Related Articles

050-295-94-79
top