NAZİR NARKOLOJİ DİSPANSERƏ YENİ BAŞ HƏKİM TƏYİN ETDİ

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin edib.

AYDINLIQ.AZ Unikal.org-a istinadən məlumat verir ki, Oqtay Şirəliyevin müvafiq əmri ilə Araz Manuçəri Respublika Narkoloji Mərkəzin baş həkimi təyin edilib.

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov həbs olunub.

Məlumatı Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova da təsdiqləyib.

Qeyd edək ki, Araz Manuçəri 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi olub.

Related Articles

050-295-94-79
top