“HEPATİT C”NİN MÜALİCƏSİ ÜÇÜN YENİ DƏRMAN YARADILDI

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
ABŞ-ın “Gilead Sciences” elmi tədqiqat şirkəti Hepatit C xəstəliyinin müalicəsi üçün “Sovaldi” adlı dərman təklif edir.
TİA.AZ Forbes-ə istinadən xəbər verir ki, 12 həftə davam edən müalicə prosesinin qiyməti 84 min dollar, bir həbin qiyməti isə min dollardır. ABŞ-da müalicə prosesi daha baha başa gəlir. “Sovaldi” ilə müalicənin Avropadakı qiyməti 55 min dollardır. Şirkət müalicənin Misir, Hindistan kimi kasıb ölkələrdə tətbiqinə çalışır.
Hepatit C müalicəsi Hindistan üçün sadəcə 900 dollar müəyyənləşdirilib. Əhalisinin 80%-inin tibbi sığortası olmayan və insanların yoxsulluqla mübarizə apardığı ölkədə 900 dollar belə əlçatmaz məbləğ hesab edilir. Gələcəkdə Hindistanda “Sovaldi”nin istehsalı planlaşdırılır və dərmanın daha ucuz başa gələcəyi gözlənilir.

Related Articles

050-295-94-79
top