“TÜNZALƏ İLƏ BAĞLI PAYLAŞIM EDİLMƏSİNİN ƏLEYHİNƏYƏM”

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru
  • 4
    Shares
Aktrisa Ülviyyə Əliyeva uzun illər birlikdə çalışdığı əməkdar artist Tünzalə Əliyeva ilə bağlı sualları cavablandırıb.
Aktrisa “ATV maqazin onlarla”da küsülü olmaları haqda yayılanlara son qoyub:
“Belə şeylərlə bağlı paylaşım edilməsinin əleyhinəyəm. İstəmirəm dostumu kimsə xəstə görsün. Təbi ki, gedib ona dəymişəm. Görüşürük, zəngləşirik. 20 illik dostluğumuz var. Necə Rafael-Coşqun mehribandır, “Toppuş bacı” və “Keyxanım”da elə var. Verilişə gəldikdə isə mənim layihəm deyil, ona görə də başqa aparıcı ilə olacam”.
Tünzalə isə “Bizim yollarımız ayrıldı. Həm də mən bir il televiziyada işləməyəcəm” sözlərini söyləyib.
Qeyd edək ki, T.Əliyeva xərçəngdən əziyyət çəkir.
///Axşam.az

Related Articles

050-295-94-79
top