TORPAQ ALIB EV TİKMƏK, YOXSA HAZIR MƏNZİL ALMAQ? – VİDEO

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

Bakı şəhərinin bəzi ərazilərindəki binalardan ev almaqdansa, torpaq alıb ev tikmək daha ucuz başa gəlir. Bu, daha çox paytaxtın mərkəzi hissələrindən kənarda olan ərazilərə aiddir.

Xəzər Xəbər-in məlumatına görə, əmlak eksperti Nofəl Quliyev bildirir ki, bu ərazilərdə bina evlərindən mənzil alan vətəndaş torpaq alaraq həmin yerdə ev tiksə, əhəmiyyətli dərəcədə böyük vəsaitə qənaət etmiş olur.

Ekspert kimlərin həyət evləri tikməyə daha çox üstünlük verdiyini və bunun səbəblərini də açıqlayıb.

Nofəl Quliyev onu da bildirir ki, adətən binalarda mənzil alan zaman onu bir neçə il sonra satanda fərq o qədər böyük olmur. Ancaq həyət evi tikib onu satanda çəkilən xərcin iki qatına yaxın baha qiymətə bazara təklif oluna bilir.

Mütəxəssis torpaq alarkən isə onun əsasən sənədlərinin və təyinatının yerində olmasına xüsusi diqqət edilməsini tövsiyə edir. Çünki tikinti təyinatı olmayan torpaqlarda inşa edilən evlərin sahibləri sonradan ciddi problemlə üzləşə bilərlər.

Related Articles

050-295-94-79
top