LAÇIN TƏHSİL ŞEFİ PREZİDENTİ SAYMIR: QAÇQINDAN ŞOK İFŞA MƏKTUBU…

Əlaqə: 994 50 295 94 79, aydinliqaz@mail.ru

ADPU-nun tarix fakültəsini bitirmişəm. Ömrümün 22 ilini pedaqoji sahəyə həsr etməklə müəllim, məktəb direktoru, Laçın RTŞ-də metodist və məsləhətçi vəzifələrində çalışmışam.

40 yaşımacan heç bir hüquq-mühafizə orqanına çağrılmamışam. Amma Laçın rayonunu ağuşuna almış korrupsiyanın, rüşvətxorluğun, yerlibazlığın, qohumbazlığın əleyhinə çıxdığım üçün 2012-ci ildən bu günə kimi iki dəfə həbs olunmuşam.

Yəqin ki, bu müraciətim saytlarda dərc olunandan dərhal sonra məndən yenə də cinayətkar düzəldib həbs edəcəklər”.

Laçından olan məcburi köçkün, ictimai fəal Müqabil Baxışov Cahan.info-nun elektron poçtuna göndərdiyi şikayət məktubunda belə qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ilin martından başlayaraq Azərbaycan prezidenti İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Daxili İşlər Naziri Ramil Usubova, İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət edib:

“Xahiş edirdim ki, məni şərləyib həbs etdirəcəklər, köməklik edin. Nədənsə heç bir köməklik olunmadı və qanunlarıın işləmədiyi Laçın hüquq mühafizə orqanları 2016-cı ilin noyabrında məni həbs etdi.

4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildim. Yəqin ki, Cinayət Məcəlləsinə dəyişiklik edilməsəydi həbsimin sifarişçiləri bu gün də məni həbsxana divarları arasında saxladacaqdılar”.

M.Baxışov yazır ki, Cinayət Məcəlləsinə edilən dəyişiklik ona tətbiq olunmaqla bu il 31 yanvarda azadlığa buraxılıb: “Lakin məhkumluqdan azad olunsam da, məni təqib edən dəstə tərəfindən iqtisadi sanksiyalara və ev dustaqlığına məhkum olundum.

İxtisasca müəlliməm. 22 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Bunlara baxmayaraq Laçın Rayon Təhsil Şöbəsinin müdiri ixtisasım üzrə işləməyimə imkan vermir.

Hətta Nicat Həsənov mənə bildirir ki, Təhsil Nazirliyi sizin müəllimlik hüququnuzu əlinizdən alıb. Hansı səbəbdən müəllimlik hüqumun Təhsil Nazirliyi tərəfindən əlimdən alınmasının səbəbləri də mənə məlum deyil.

Vəziyyət o yerə çatıb ki, N.Həsənovun sayəsində nə Təhsil Nazirliyi, nə də Laçın Rayon Təhsil şöbəsi müraciətlərimə cavab verir”.

Cahan.info xəbər verir ki, keçmiş məhbus məktubunda hüquqsuzluqla üzləşdiyini xatırladıb və qanunlara istinad edib.

Onun dediyinə görə, prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Pentensiar sahədə xidmətin yaxşılaşdırılması və cəza siyasətinin humanistləşdirilməsin”nə dair sərəncamında göstərilir ki, keçmiş məhkumların cəmiyyətə adaptasiya olunması üçün onların ixtisasına və peşəsinə uyğun işlə təmin olunması müvafiq İcra Hakimiyyəti orqanlarına tapşırılsın:

“Laçın RTŞ-nin müdiri isə ölkə prezidentinin bu sərəncamına belə əhəmiyyət vermir. Laçın RTŞ-nin nəzdində fəaliyyət göstərən məktəblərin birinə ixtisasım üzrə müəllim düzəlməyim üçün üçün nə az, nə çox N.Həsənova 2-3 min manat nəzir deməliyəm.

Bu məvacibim olmadığı üçün Azərbaycan dövlətinin bütün qanunları N.Həsənovun yanında keçərli deyil. Təhsil naziri Ceyhun Bayramova müraciət edirəm.

Cənab nazir, bilirsinizmi ki, N.Həsənov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib və 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistr elmi dərəcəsini alıb.

2003-2006-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim, 2006-2016-cı illərdə Laçın rayon Uşaq-Gənclər İdman məktəbin direktoru vəzifəsində çalışıb.

Eyni zamanda 2008-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Suraxanı rayonu üzrə ictimai əsalarla səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb və bu vəzifələrlə yanaşı iş yerindən azad olunmamaqla qeyri qanuni olaraq 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və informatika üzrə yenidənhazırlanma kursundan diplom əldə edib?

Siz bilirsinizmi ki, 2017/2018-ci tədris ilində MİQ-dən keçib Laçın rayonun ucqar bölgələrdə fəaliyyət göstərən məktəblərinə təyin olunan müəllimlər bir gündə olsun iş yerində olmayıb və dərs ilinin sonunda Bakı, Sumqayıt və Abşeron şəhərlərinə köçürülüb?

Bilirsinizmi ki, 2017/2018-ci tədris ilində MİQ-dən keçib Laçın Rayonun ucaqr bölgələrinə təyin olunan müəllimlərin əksəriyyəti il boyu məzuniyyətdə olub?

Xarici ölkələrdə olmaqla Laçın RTŞ-dən əməkhaqqı alan müəllimlərdən xəbəriniz varmı?.

Əgər Laçın RTŞ-ni bürüyən rüşvətxorluqdan Təhsil Nazirliyinin xəbəri yoxdursa, onda N.Həsənova kimdir “krişalıq” edən?”

Xalqxeber.az

Related Articles

050-295-94-79
top